Şəkidə partlayış baş vermişdir, xəsarət alan vardır
Bakı, 11 dekabr (AZƏRTAC). Şəki şəhəri, N.Nərimanov prospektində Sayıq Həşimova məxsus 1 mərtəbəli fərdi evin mətbəxində məişətdə istifadə edilən qaz balonunun nasazlığından partlayış baş vermişdir.
Nəticədə mətbəxin qapısı və pəncərə şüşələri sınmış, S.Həşimovun arvadı Mənsurə Məmmədova yanıq xəsarəti almışdır. M.Məmmədova xəstəxanaya yerləşdirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]