Şəkidə əhalinin məşğulluğu təmin olunur
Şəki, 15 yanvar (AZƏRTAC). 2010-cu ildə Şəki rayon Məşğulluq Mərkəzinin köməyi ilə 210 nəfər işlə təmin olunmuşdur. İşə düzələnlərin 84 nəfəri qadın, 62 nəfəri gənc, 5 nəfəri isə hərbi xidmətdən tərxis olunanlardır. Bundan əlavə, ötən il mərkəzin xətti ilə 12 nəfər peşə hazırlığı kursuna cəlb edilmişdir.
Mərkəzdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayonun əmək ehtiyatlarından səmərəli istifadə etmək və qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə 2010-cu ildə mərkəz tərəfindən bütün zəruri tədbirlər həyata keçirilmişdir.
Hesabat ilində mərkəzə 242 nəfər işaxtaran müraciət etmiş, onlardan 15 nəfərinə işsizliyə görə müavinət təyin edilmişdir. Ötən ilin mayında keçirilən sonuncu “Əmək yarmarkası”nda isə 52 nəfər işaxtaran işə göndəriş almışdır.
Hazırda 355 nəfər işsiz kimi qeydiyyatdadır. Məşğulluq Mərkəzi həmin vətəndaşların tezliklə işlə təmin edilməsi üçün müxtəlif zəruri tədbirlər həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]