SƏHİYYƏDƏ QLOBAL İSLAHATLAR APARILACAQ
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi Dünya Səhiyyə Təşkilatı, BMT-nin Əhali Fondu, UNİCEF, USAİD, Dünya Bankı və digər beynəlxalq təşkilatlarının dəstəyi ilə ölkədə 20-dək layihə həyata keçirir. 2005-ci ildə belə layihələrin sayı cəmi 11 idi. Səhiyyənin müxtəlif sahələrini əhatə edən bu layihələrə ayrılan vəsait 3,5 milyon dollardan 5,5 milyon dollaradək artmışdır. Hazırda üç layihə üzrə işlər bərpa olunmuşdur.
Səhiyyə Nazirliyi BMT-nin Ərzaq Proqramı, Beynəlxalq Tibb Korpusu, nüfuzlu qeyri-hökumət təşkilatları və sair qurumlarla birgə layihələrin icrasını davam etdirir.
Dünya Bankının ayırdığı 50 milyon dollar kredit hesabına Şəki, Qax, Ağdaş, İsmayıllı rayonlarında və Abşeronda tibbi xidmətlər sahəsində islahatlar aparılması üzrə təcrübi layihənin icrasına başlanmışdır. Bu qlobal layihəni uğurla həyata keçirmək üçün Azərbaycan hökuməti 28,3 milyon dollar, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi 8 milyon dollar, UNİCEF 470 min dollar, Dünya Səhiyyə Təşkilatı 35 min dollar ayıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]