ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınç və başçılıq etdiyi nümayəndə heyəti həmin gün Şəhidlər xiyabanını da ziyarət etmişdir.
Qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini yad etdi, məzarları üzərinə tər qərənfillər düzdü, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu, “Xatirə kitabı”na ürək sözlərini yazdı.
Sonra Bülənt Arınç Şəhidlər xiyabanında türk əsgərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etdi, abidə önünə əklil qoydu, gül-çiçək dəstələri düzdü, “Xatirə kitabı”na ürək sözlərini yazdı.
Bülənt Arınç Şəhidlər xiyabanındakı Cümə məscidində də oldu.
Qonaqları Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər müşayiət etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [19:46]
Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO
- 13.11.2026 [18:01]
Dublin sammiti: Avropanın strateji gündəliyində Bakının yeri TƏHLİL
- 13.11.2026 [17:24]