Şəhid Nurlan Əhmədlinin ailəsində görüş
Bakı, 8 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsi şəhidi Nurlan Əhmədlinin ailəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şərəfli döyüş yolu keçən Nurlan Əhmədli Füzuli istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşub. Dövlət başçısının sərəncamları ilə o, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Oğuz rayonunda yaşayan ailə ilə söhbət zamanı şəhidimizin keçdiyi döyüş yolundan, müharibə zamanı göstərdiyi şəxsi igidliklərdən bəhs olunub. Şəhid Nurlan Əhmədlinin hər zaman qəlbimizdə yaşayacağı, daim qürur hissi ilə anılacağı vurğulanıb.
Ailənin sosial vəziyyətinin daim diqqətdə saxlanılacağı qeyd edilib. Dövlət qayğısı ilə əhatə olunan şəhid ailəsi üzvləri onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]