SƏFƏR BAŞA ÇATDI
AZƏRTAC xəbər verir ki, mayın 13-də İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin Azərbaycana rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və İsveçrənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli uşaqlar Prezident Paskal Kuşpenə və xanımına gül dəstələri təqdim etdilər.
İsveçrə Prezidentini Azərbaycanın Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər ehtiramla yola saldılar.
######
