SƏFƏR BAŞA ÇATDI
Moskvanın “Vnukovo-2” hava limanında Azərbaycan dövlətinin başçısını Rusiyanın xarici işlər nazirinin birinci müavini Valeri Loşşinin, ölkənin digər rəsmi şəxsləri, Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Prezident İlham Əliyev həmin gecə Bakıya gəldi. Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Rusiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Pyotr Burdıkin qarşıladılar.