SƏFƏR BAŞA ÇATDI
Azərbaycanın və Qazaxıstanın dövlət bayraqları ilə bəzədilmiş Astana beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi təyyarənin pilləkəni yanında MDB-nin icraçı katibi Vladimir Ruşaylo, ölkəmizin Qazaxıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər səmimiyyətlə yola salmışlar. Milli geyimli qız dövlətimizin başçısına gül dəstəsi təqdim etmişdir.
X X X
Prezident İlham Əliyev həmin gün Bakıya gəlmişdir. Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputov qarşılamışlar.