SƏFƏR BAŞA ÇATDI
Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri başa çatdı.
Parisin Şarl de Qoll hava limanında dövlətimizin başçısını Fransa hökumətinin yüksək vəzifəli şəxsləri, Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova yola saldılar.
Prezident İlham Əliyev həmin gün gecə Bakıya qayıtdı. Heydər Əliyev adına beynəlxalq hava limanında Azərbaycan Prezidentini Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Fransanın ölkəmizdəki səfiri Rolan Blatman qarşıladılar.