Azərbaycan Dövlət İnformasiya Agentliyi

SƏFƏR BAŞA ÇATDI

Gürcüstana dövlət səfərini başa çatdıran Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də günortadan sonra avtomobil karvanının müşayiəti ilə Gürcüstan-Azərbaycan sərhədinə gəldi.

“Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsində Qazax rayonu ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını böyük səmimiyyətlə və mehribanlıqla qarşıladılar.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevə nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti, onun işinin təkmilləşdirilməsi üçün görülən tədbirlər, Azərbaycanın və Gürcüstanın sərhəd xidmətləri arasında əlaqələr barədə məruzə etdi.

X X X

Prezident İlham Əliyev burada Gürcüstana dövlət səfərinin yekunlarına dair brifinq keçirdi.

SUAL: Cənab Prezident, Gürcüstana səfəriniz barədə təəssüratınız necədir?

CAVAB: Gözəldir, mən artıq bu gün bu barədə danışdım. Mən səfərdən və imzalanan bütün sazişlərdən çox razıyam. Onlar bizim yaxınlığımızı, strateji tərəfdaşlığımızı, habelə əlaqələrimizi bundan sonra da birgə inkişaf etdirmək istəyimizi bir daha sübut etdi.

SUAL: Siz cənab Saakaşvili ilə hansı strateji məsələləri həll etdiniz?

CAVAB: Gürcüstan ilə Azərbaycan arasında təcili həll edilməli olan məsələlər yoxdur. Bizim bütün istiqamətlərdə qarşılıqlı anlaşmamız var, nəqliyyat strukturları, energetika layihələri çox fəal inkişaf etdirilir. Biz Gürcüstanda yaşayan azərbaycanlıların həyat və fəaliyyəti ilə bağlı məsələləri də müzakirə etdik. Biz onların yığcam yaşadıqları rayona getdik. Təhsillə, sərhədlə bağlı məsələlər var. Odur ki, indi biz onları həll edirik.

SUAL: Nə üçün Siz Gürcüstandan Qırmızı körpü vasitəsilə getməyi qərara aldınız?

CAVAB: Mən Gürcüstanda daha çox qalmaq istəyirdim.

SUAL: Prezidentin Sizə bağışladığı at xoşunuza gəldimi?

CAVAB: Çox gözəl atdır. Düşünürəm ki, bu atın artıq adı var. Adının nə olduğunu bilmirəm.

SUAL: Prezident Sizə sərhədi at belində keçməyi təklif etdimi?

CAVAB: Xeyr. Bu, yəqin gələn dəfə olacaqdır.

SUAL: Siz sabiq Prezident Şevardnadze ilə görüşdünüzmü?

CAVAB: Bəli, dünən görüşdük. Oturub söhbət etdik, olub-keçənləri xatırladıq. Mən ona özünü yaxşı hiss etməsi üçün cansağlığı arzuladım.

SUAL: Cənab Prezident, Gürcüstanda yaşayan azərbaycanlıların Sizə xahişləri olmuşdu. Onların hansılarını yerinə yetirmək mümkündür?

CAVAB: Bu məsələ geniş müzakirə olunubdur, o cümlədən Gürcüstan Prezidenti cənab Saakaşvili ilə. Bundan əvvəl bizim müştərək komissiya bu məsələlərə baxıbdır. Müxtəlif məsələlər var. Mən deyə bilməzdim ki, çox ciddi məsələlər var. Amma, əlbəttə, biz istərdik ki, azərbaycanlıların Gürcüstanda yaşamaları daha yüksək səviyyədə olsun, onlar işlə təmin edilsinlər, təhsil problemləri öz həllini tapsın. Hesab edirəm, biz bu barədə də çox vacib razılaşmalar əldə etdik.

Məsələn, tarix dərslikləri birgə hazırlanacaq, bu, çox vacibdir. Coğrafiya dərslikləri də. Burada, Gürcüstanda yaşayan azərbaycanlılar gərək Gürcüstan cəmiyyətinə daha sürətlə inteqrasiya olsunlar, bütün səviyyələrdə təmsil olunsunlar. Cənab Saakaşvili ilə bu barədə çox söhbət etdik. Onun da fikri belədir ki, gərək azərbaycanlılar icra orqanlarında, hüquq mühafizə orqanlarında, yerli özünüidarəetmə orqanlarında daha geniş tərkibdə təmsil olunsunlar. Bu istiqamətlərdə mühüm, önəmli addımlar atılacaqdır.

SUAL: Cənab Prezident, Sizcə, Mixail Saakaşvilinin siyasi iradəsi olacaqmı? Çünki əvvəllər hətta qubernator müavini vəzifəsində azərbaycanlılar olubdur. İndi isə təyin edilmirlər.

CAVAB: Bilirsiniz, bu, keçmişdə də olubdur, əgər siz o tarixə nəzər salsanız görərsiniz. Yəni bu, indiki zəmanənin hansısa əlaməti deyildir. Əksinə, mən hesab edirəm ki, indiki dövrdə bu məsələlərə daha ciddi münasibət var, daha ciddi diqqət var. Artıq azərbaycanlılar vəzifələrə irəli çəkilirlər. Nazir müavini vəzifəsinə, digər vəzifələrə. Gürcüstan Prezidentinin bu məsələ ilə bağlı fikirləri çox müsbətdir.

SUAL: Cənab Prezident, Azərbaycan iş adamlarının bu bölgələrə sərmayə qoyması məsələsi qaldırılmışdı. Siz bu barədə nə tövsiyə edirsiniz?

CAVAB: Mən bunu dəstəkləyirəm. Bu barədə Prezident Saakaşvili ilə söhbətimiz olubdur. Gürcüstanda da, Azərbaycanda da iqtisadiyyat bazar iqtisadiyyatı əsasında qurulur və liberal iqtisadiyyatdır. Ona görə bütün imkanlar var. Əlbəttə, mən istərdim ki, bizim iş adamlarımız buraya sərmayə qoysunlar, burada yaşayan azərbaycanlıları da bu işlərə cəlb etsinlər. Burada da yeni iş yerlərinin açılması istiqamətində addımlar atılsın. Yəni mən bunu dəstəkləyirəm. Amma, əlbəttə, bunu yəqin ki, iş adamları müəyyən etməlidirlər.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də respublikamızın Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında oldu, axşam Gəncə şəhərinə gəldi.

(Dövlətimizin başçısının həmin rayonlarda və iyunun 16-da Gəncədə keçirdiyi görüşlər barədə ətraflı hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

X X X

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 16-da Bakıya qayıtdı.

Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib