“Şəfa” qambiyalı futbolçunu transfer edib
Bakı, 20 iyul, AZƏRTAC
“Şəfa” komandası növbəti transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, müdafiəçi Maudo Lamin Jarjue ilə 2 illik müqavilə imzalanıb.
28 yaşlı qambiyalı futbolçu ikinci dəfə Azərbaycanda çıxış edəcək. O, daha əvvəl “Səbail”in formasını geyinib.
Jarjue peşəkar futbolçu karyerasına Portuqaliyanın “Jil Visente” klubunda başlayıb. Eyni zamanda Avstriyanın “Austria” (Vyana), İsveçin “Elfsborq”, Slovakiyanın “Slovan” (Bratislava), Norveçin “Sandefyord” və Şimali Makedoniyanın “Struqa” komandalarında çıxış edib.
Maudo Jarju Qambiya millisinin də üzvü olub və 2 matçda meydana çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [13:17]
Azərbaycanı U-23 Avropa çempionatında 7 boksçu təmsil edəcək
- 13.11.2026 [13:08]
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib
- 13.11.2026 [12:50]
Azərbaycan Premyer Liqasında XIII turun proqramı açıqlanıb
- 13.11.2026 [12:05]
Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub
- 13.11.2026 [11:41]
UEFA Millətlər Liqası: Azərbaycan yığması son oyununa çıxır
- 13.11.2026 [11:24]