SƏDDAM HÜSEYN ACLIĞI DAVAM ETDİRİR
AZƏRTAC xəbər verir ki, Röyter agentliyinin yaydığı məlumata görə, İraqın sabiq lideri Səddam Hüseynin həbsxanada elan etdiyi aclıq artıq 9 gündür davam edir. S.Hüseynlə eyni iş üzrə cinayət məsuliyyətinə cəlb edilən daha üç müttəhim onların vəkillərinin kifayət qədər yaxşı mühafizə olunmaması əleyhinə çıxırlar. Etiraza səbəb məhkəmə prosesi gedişində artıq üçüncü vəkilin qətlə yetirilməsidir. S.Hüseynin vəkili Hamis əl-Übeydi iyunun 21-də öldürülmüşdür. O vaxt S.Hüseyn hadisə ilə bağlı narazılığını bildirmək üçün 12 saat ərzində yeməkdən imtina etmişdi. Hazırda S.Hüseyn həbsxanada etiraz aclığının davamiyyətinə görə öz rekorduna yaxınlaşır. Sabiq prezidentin bundan əvvəlki aclığı 11 gün çəkmişdi. Hüseyn və daha yeddi müttəhim bu ilin fevralında onları insaniyyətə qarşı cinayətlərdə ittiham edən məhkəmə prosesinin gedişinə qarşı etiraz əlaməti olaraq, aclığa başlamışdılar.
Lakin yeməkdən imtina edən Səddam şirin qəhvə və digər içkilər içir. ABŞ ordusunun İraqdakı həbsxana komandanlığının nümayəndəsi bildirmişdir ki, onun vəziyyəti qənaətbəxşdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [16:23]
Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]
Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib
- 13.11.2026 [12:43]