Saxta “polis”lər ifşa olunmuşlar
Bakı, 27 dekabr (AZƏRTAC). Beyləqan şəhərinin Magistral küçəsində 3 nəfər şəxs həmin ərazidə xidmətdə olan Beyləqan Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşlarına yaxınlaşaraq özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat müvəkkilləri kimi təqdim etmiş, M.Müşfiq küçəsində yaşayan Ayət İsmayılovu Bakı Baş Polis İdarəsinə aparmalı olduqlarını və həmin şəxsin ev ünvanına onlarla birlikdə getmələrini xahiş etmişlər.
Həmin şəxslər şübhə doğurduqlarından rayon polis şöbəsinə dəvət olunmuşlar. Müəyyən edilmişdir ki, onlar polis əməkdaşları deyil, Bərdə rayon sakinləri Vüsal Hüseynov, Elturan Abuşov və Bakı şəhər sakini Ayaz Əliyevdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]