ŞAMAXIDA BAŞ VERMİŞ PARTLAYIŞDA DÖRD NƏFƏR XƏSARƏT ALMIŞDIR
Bakı, 1 aprel (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli 8 otaqlı evdə partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır.
Nəticədə evin 1-ci mərtəbəsindəki otaqlardan birinin qapı və pəncərə çərçivələri uçmuş, otağın tavanında və arakəsmə divarlarında çatlar əmələ gəlmiş, habelə ümumi sahəsi 150 kvadratmetr olan mağaza kimi istifadə olunan otaqda piştaxtalar və ərzaq malları dağılmış, mağazanın qapı və pəncərələri uçmuşdur. Ev sahibi və daha 3 nəfər xəsarət almışdır. Zərərçəkmişlər xəstəxanaya yerləşdirilmişlər.
İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]