Şamaxı rayonunda partlayış baş vermişdir
Bakı, 22 fevral (AZƏRTAC). Şamaxı rayonunun Qurdtəpə kəndinin sakini Validə Şahverənovaya məxsus 2 mərtəbəli 5 otaqlı evdə təbii qazın sızmasından partlayış baş vermişdir.
Nəticədə bir otağın pəncərə şüşələri sınmış, yanıq xəsarəti almış V.Şahverənova, oğlu Fərahim, gəlini Vüsalə və nəvəsi Şəfa xəstəxanaya yerləşdirilmişlər. Xəsarət alanların vəziyyətləri qənaətbəxşdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]