SALYANDA EKOLOJİ GƏRGİNLİK ARTIR
Salyan, 8 aprel (AZƏRTAC). Son 15 gündə Salyan rayonu istiqamətində Kür çayında suyun səviyyəsi 1 metrədək yüksəlmişdir. Nəticədə Salyan şəhəri ərazisinin təxminən 80 faizində qrunt suları üzə çıxmışdır. Sahilə yaxın çiy kərpicdən tikilmiş bir sıra ev və yardımçı təsərrüfat binalarında çatlar əmələ gəlmişdir.
Fövqəladə Hallar Nazirliyinin mobil qüvvəsi bir həftədir ki, hadisə yerindədir. Su basmış məhəllələrdə 7 iri tutumlu su nasosu quraşdırılaraq fasiləsiz rejimlə işlədilir. Sakinlərə məxsus 25 kiçik tutumlu nasos da işə salınmışdır. Həyətləri basmış qrunt suları çəkilərək kənara axıdılır.
Rayon Fövqəladə Hallar Komissiyası yerli idarə, müəssisə və təşkilatların imkanlarını, könüllülərin qüvvəsini daşqından mühafizə tədbirlərinin həyata keçirilməsinə yönəltmişdir.
Yerli ağsaqqalların və mütəxəssislərin qənaətinə görə, Kür çayı yatağının qismən dəyişdirilməsi problemi birdəfəlik həll edə bilər. Hidrometeoroloji proqnozlara görə, yaxın aylarda Kür və Araz çaylarının daha gursulu olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]