Azərbaycan Dövlət İnformasiya Agentliyi

SAĞLAMLIĞINIZI QORUYUN

BERLİN. AFR-in İstehlakçıları Müdafiə İşləri, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi “Mini-kap celli” markalı jelatin konfetlərinin pərakəndə satışdan və mağazaların anbarlarından yığışdırılması üçün genişmiqyaslı əməliyyata başlamışdır. Nazirliyin nümayəndəsi İTAR-TASS-ın müxbirinə bildirmişdir ki, Almaniyada “qlukomannan” deyilən jelatinin istehsalına və həmin inqredientdən istifadə edilməklə hazırlanan ərzaq məmulatının satışına qadağa qoyulmuşdur. 

İstehlakçıları Müdafiə İdarəsinin eksperti xəbərdarlıq etmişdir ki, “Mini-kap celli”nin yarımşəffaf pastilalarının tərkibinə daxil olan “qlukomannan” qidada şirniyyatdan istifadə zamanı yapışqan kimi yuxarı tənəffüs yollarını tıxaya və boğulmaya səbəb ola bilər. Berlin “qlukomannan” istehsalını qadağan etmək qərarı barədə Avropa Birliyinin Brüsseldəki müvafiq orqanlarına da məlumat göndərmişdir.

Ekspertin dediyinə görə, jeleyəoxşar konfetlər Cənub-Şərqi Asiyada ən çox sevilən şirniyyatdır və bütün dünyada onlarca firma tərəfindən istehsal edilir.

VARŞAVA. Polşanın səhiyyə naziri Mariuş Lapinski “təcili yardım” maşınlarının dərman qutusundan “pavulon” preparatının yığışdırılması barədə sərəncam vermişdir.

Nazir bu sərəncamını yanvarın 30-da Lodzda “təcili yardım” həkimlərinə qarşı ittihamlar irəli sürüldükdən sonra imzalamışdır. Həkimlər ağır xəstələri “pavulon” preparatının köməyi ilə öldürməkdə, sonra isə bu barədə özəl dəfn bürolarına məlumat verməkdə ittiham edilirlər. Onlar tabut hazırlayanlardan hər belə xəbərə görə 300-400 dollar alırlarmış.

“Pavulon” kurare zəhəri əsasında hazırlanır və xəstəni “süni ağ ciyərlər”ə qoşmaq üçün onun tənəffüs sistemini “dayandırmaq” lazım gəldikdə işlədilir. Mariuş Lapinskinin sərəncamı “pavulon”u ancaq cərrahiyyə əməliyyatları aparılan xəstəxanalarda saxlamağa, “təcili yardım” həkimləri xəstələrin yanına gedəndə isə daha təhlükəsiz digər preparatlardan istifadə etməyə icazə verir.

x x x

MEXİKO. “Uşaq nə edirsə-etsin, təki ağlamasın” - bu prinsip şirin-şəkər balalarının “pis uşaqlar dəstəsi”nə qoşula biləcəyi küçələrdə veyillənməkdənsə, öz yanlarında olmasını üstün tutan bir çox valideynləri qane edir. Uşağı gözdən qoymamağın ən sadə üsullarından biri isə, məlum olduğu kimi, ona hər hansı bir elektron oyuncaq almaqdır. Amma Meksika Milli Muxtar Universitetinin (MMMU) mütəxəssisləri xəbərdarlıq edirlər ki, bu üsul uşağın formalaşmaqda olan orqanizmi üçün heç də təhlükəsiz deyildir.

MMMU-nun uşaq psixikasının tədqiqi mərkəzinin rəhbəri, pediatr həkim Mariya Rosales jurnalistlərə bildirmişdir ki, ən geniş yayılmış oyuncaqlar böyük kommersiya uğuru qazansa da, uşağın davranışına onların təsiri indiyədək öyrənilməmişdir. Halbuki, elmi mərkəzin apardığı müşahidələrin göstərdiyi kimi, uşaqlar uzun müddət televizorun və ya monitorun qarşısında oturduqdan sonra daha davakar olur, çünki Meksika mağazalarında satılan videooyunların 90 faizindən çoxunda zorakılıq ünsürləri var.

MMMU-nun digər bir əməkdaşı - Norma del Rio istisna etmir ki, ən həris oyunçular gələcəkdə cinayətkar ola bilərlər. Videooyunların süjetlərində xeyirlə şəri bir-birindən fərqləndirmək uşaqlar üçün çox vaxt çətin olur. Bunun nəticəsi isə döyüş filmlərinə tamaşadan sonrakı kimi ola bilər. Məlum olduğu kimi, bu filmlərin gənc nəslə pis təsiri həyatda dəfələrlə təzahür etmişdir.

Elektron oyuncaqların ticarətində özbaşınalığın hökm sürdüyü və onlardan təhlükəsiz istifadəyə dair elmi surətdə əsaslandırılmış tövsiyələrin olmadığı şəraitdə valideynlərin özləri uşaqlar üçün “düzgün” proqramların seçilməsində iştirak etməli və onların yanında oturub, başa salmalıdırlar ki, ekrandakı bütün qəddar səhnələr heç də həqiqi deyildir.

LONDON. Kral Ailənin Sağlamlığı İnstitutunun bir qrup alimi insanların “XX əsrin taunu”na-QİÇS-ə yoluxmasının dinamikasını, bütün dünyada immunitet çatışmazlığı virusuna yoluxmanın güclənməsini və bu xəstəliyin profilaktikasını araşdırmışdır. Onların apardıqları tədqiqatların nəticələrinə dair məruzədə xəbərdarlıq edilir: QİÇS-in yayılması elə bir epidemiyaya çevrilmişdir ki, ölüm hallarının göstəricisinə görə, o, X1V əsrdə 40 milyon insanın ölümünə səbəb olmuş xiyərək (bubon) taunu epidemiyasını çox tezliklə kölgədə qoyacaqdır.

Alimlərin tədqiqatına görə, QİÇS-in aşkara çıxarıldığı vaxtdan bəri ona 65 milyon adam yoluxmuş və bunların 25 milyonu ölmüşdür. Hazırda QİÇS-ə yoluxanların sayı 40 milyonu keçmişdir. Tədqiqatçılar xəbərdarlıq edirlər: “XX əsrin taunu”na qarşı kifayət qədər təsirli dərman olmadığından, bu adamların hamısı çox yaxın gələcəkdə ölümə məhkumdur.

Londonda CAR alimlərinin də hesabatı yayılmışdır. Onlar iddia edirlər ki, QİÇS-ə qarşı təsirli vasitə 7-10 ildən sonra tapılacaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq