Şabranda yanğın baş vermişdir
Bakı, 20 iyun (AZƏRTAC). İyunun 19-da günorta saatlarında Şabran rayonunda yanğın baş vermişdir. Yanğınsondürənlərin çevikliyi nəticəsində yanğının qarşısı qısa müddətdə alınmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Şabran şəhərində vətəndaşa məxsus “RAF” markalı minik avtomobilinin salon hissəsi, yaxınlıqda yerləşən digər vətəndaşa məxsus ümumi sahəsi 175 kvadratmetr olan tövlə, ona bitişik tikilmiş talvarın dam örtüklərinin yanar konstruksiyaları və 7 ton ot bağlaması yanmışdır.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər alovu saat 13:40-da söndürmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]