Saatlıda şəhid ailələrinə yardımlar edilmişdir
Saatlı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Saatlı şəhərinin Heydər Əliyev prospektində yenicə istifadəyə verilmiş “Şəhidlər” abidə kompleksinin önündə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, idarə, müəssisə və təşkilatların rəhbərləri, yaşlı nəslin və gənclərin təmsilçiləri, müharibə və əmək veteranları, ictimaiyyətin nümayəndələri abidənin önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmişlər. Burada şəhidlərin ruhuna dualar oxunmuş, 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Mərasim rayon icra hakimiyyətində davam etmişdir.
Şəhid ailələri ilə görüşən rayon İcra hakimiyyətinin başçısı S.Cabbarov 22 il əvvəl keçmiş SSRİ rəhbərliyi tərəfindən Bakı şəhərində törədilmiş qanlı faciədən söhbət açaraq bu hadisələrə siyasi və hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərini diqqətə çatdırmışdır.
Görüşdə şəhid ailələrinə ərzaq yardımları verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]