Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saatlı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş

Saatlı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş

Saatlı, 5 may (AZƏRTAC). Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulmuş Saatlı-Musalı-Məzrəli avtomobil yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Sakinlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Necəsiniz, nə var, nə yox? İşlər necədir?

SAKİNLƏR: Lap yaxşıdır!

Prezident İlham ƏLİYEV: Çox yaxşı, yeni gözəl yol çəkilib. Rahat, müasir yoldur.

SAKİNLƏR: Çox gözəldir, Allah Sizdən razı olsun.

Prezident İlham ƏLİYEV: Yolun əvvəlki şəkilləri burada göstərilib. Torpaq yolu idi. Özü də subasmadan sonra ümumiyyətlə sıradan çıxmışdır. İndi yeni yol çəkilib, həm Saatlı, həm də İmişli rayonlarının kəndlərini birləşdirir. Rahat və gözəl yoldur. On minlərlə insan bu yoldan istifadə edir. Gözəl hadisədir. Bildiyiniz kimi, bütün bölgələrdə kənd yolları bərpa edilir, yenidən tikilir. Kəndlərimizdə yolların əksəriyyəti torpaq yolları idi. Hər yerdə indi asfalt olmalıdır. Xüsusi göstərişlər verilmişdir. O cümlədən Saatlı rayonunda da bu işlər başlayıb.

Bu birinci mərhələdir. Bu xəritədə göstərilir. Burada əlavə tədbirlər görülməlidir ki, bütün kənd yolları bərpa olunsun. Bunu edəndən sonra bu yollarla gedib-gəlmək rahat olacaqdır.

Rayonun inkişafı ilə bağlı müvafiq göstərişlər verilmişdir. Bildiyiniz kimi, təbii fəlakətdən sonra xüsusi diqqət göstərilir, təmir-bərpa işləri gedir. Böyük bir qəsəbə salınmışdır - 178 evdən ibarət qəsəbə. Artıq orada vətəndaşlar yerləşiblər. Ondan əlavə, 350 yeni ev tikilmişdir. Təmir-bərpa işləri də davam edir. Çünki, hələ qəzalı vəziyyətdə evlər vardır. Biz onları da təmir edəcəyik ki, təbii fəlakətin bütün fəsadlarını aradan qaldıraq. İşlərin böyük əksəriyyəti görülmüşdür. İndi məktəblər, yollar, evlər, sosial obyektlər tikilir. Bütün bunlar böyük vəsait tələb edir. Bu vəsaiti Azərbaycan dövləti ayırır ki, biz insanların yaşayış səviyyəsini yaxşılaşdıraq.

SAKİN: Hörmətli Prezident, mən Sizi salamlayıram, “Xoş gəlmisiniz” deyirəm. Biz Sizinlə fəxr edirik. Allah Sizi qorusun, bu işlərinizdə Sizə uğurlar qismət etsin!

Prezident İlham ƏLİYEV: Sağ olun. Saatlı rayonunda iqtisadi məsələlər də öz həllini tapmaqdadır. Yeni müəssisələr tikilir, zavodlar, bazalar. Bu gün “Aqroservis” bazası istifadəyə veriləcəkdir. Soyuducu anbar tikilibdir. Buna da çox böyük ehtiyac vardır. Çünki indi bütün rayonlarda soyuducu anbarlar tikilir ki, fermerlər məhsullarını saxlaya bilsinlər.

Regionların inkişafı ilə bağlı Proqramda bütün məsələlər nəzərdə tutulub. Növbəti aylarda, xüsusilə bu il və gələn ilin sonuna qədər rayonun qazlaşdırma ilə bağlı problemlərinin tam əksəriyyəti öz həllini tapmalıdır. Mən bilirəm ki, bu məsələyə həmişə olduğu kimi, böyük diqqət yetirilməlidir. Müəyyən işlər görülmüşdür, ancaq əksər yaşayış məntəqələrində qaz xətləri yoxdur. Keçmişdə də olmayıb, olanlar da sıradan çıxıb.

Ona görə Dövlət Neft Şirkətinə göstəriş vermişəm ki, 2012-ci ilin sonuna qədər Azərbaycanın bütün yaşayış məntəqələri harada ki, mümkündür qazlaşdırılsın. Beləliklə, ölkə ərazisinin 95 faizi qazlaşdırılacaqdır. O ki qaldı Saatlı rayonuna, burada qazlaşdırma 100 faiz olmalıdır. Çünki burada dağlıq kəndlər yoxdur. Bilirsiniz ki, dağlıq kəndlərə qaz çəkmək daha da çətindir. Burada, kəndlər demək olar ki, bir-birinə yaxındır. İndi yollar da çəkilir. Ona görə, hesab edirəm ki, gələn ilin sonuna qədər Saatlıda qazlaşdırma ilə bağlı bütün problemlər həll olunmalıdır. Bu məsələ daim diqqət mərkəzindədir. Mən məsələ ilə maraqlanıram, soruşuram ki, vaxt itirməyək. İndi bizim texniki imkanlarımız da, maliyyə imkanlarımız da vardır. Dövlət Proqramında da bu məsələlər öz əksini tapıbdır.

Vətəndaşları narahat edən digər məsələ içməli su ilə bağlıdır. Bu məsələ əfsuslar olsun ki, əsrlər boyu bizi incidib. Çünki kifayət qədər su mənbələrimiz olmamışdır. Vaxtilə çəkilmiş xətlər sıradan çıxmışdır. Rayon yerlərində ümumiyyətlə kanalizasiya xətləri olmamışdır. Böyük layihədir, böyük proqramdır, indi icra olunmağa başlamışdır. Saatlıda hələ ki, işlər başlanmayıb. Mən tapşırıq verəcəyəm ki, tezliklə başlansın. Biz çalışmalıyıq ki, bu layihəni də 2013-cü ilin sonuna qədər icra edək. Bu da çox böyük layihədir. Həm texniki cəhətdən çox çətin, həm iqtisadi cəhətdən, maliyyə baxımından çox böyük vəsait tələb edən layihədir. Ancaq bu iki layihəni - qazlaşdırma ilə içməli su-kanalizasiya məsələlərini biz həll etsək böyük bir iş olacaqdır. Yaşamaq, işləmək üçün şərait daha da yaxşı olacaqdır. İş yerləri açılmalıdır. İşlər görülür, amma hələ ki, işsizlik, işsizlər vardır. Biz bu məsələyə də daim diqqət göstərməliyik.

İdman-sağlamlıq mərkəzinin, indi xəstəxananın tikintisi başlamışdır. Saatlıda gözəl, müasir xəstəxana tikiləcəkdir. Bütün bu işləri biz görürük və görəcəyik.

SAKİNLƏR: İnşallah! Sağ olun. Allah Sizdən razı olsun! Salamat olun!

SAKİN: Hörmətli Prezident, Sizə camaatımızın adından “Xoş gəlmisiniz” deyirəm. Şəxsən mən sürücü işləmişəm. Yayda bu yolun tozuna, qış aylarında palçığına batmışıq. Mən indi bu yolu görürəm, - rayonla bizim aramız beş kilometrdir, - bu beş kilometri gedincə bəlkə deyim bir saat çəkirdi, bəlkə də çox. Amma indi çox rahat gedirik, mənzilbaşına çox tez çatırıq. Buna görə Sizə duaçıyıq. Allah Sizi bu camaata, Azərbaycan xalqına çox görməsin. Başınız həmişə uca, adınız şərafətli olsun. Biz həmişə Sizi görəndə fəxr edirik. Diqqətinizə görə çox sağ olun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm. Bu yol doğrudan da çox gözəl yoldur. Ancaq bu, birinci mərhələdir. İcra hakimiyyəti tərəfindən yeni təkliflər veriləcəkdir. Yeni vəsait ayrılacaq, yeni yollar çəkiləcəkdir. Elə etməliyik ki, bütün kənd yolları belə olsun. Bu, böyük sosial məsələdir. Azərbaycan kəndlərində gözəl asfalt yollar tikilir. Bu məsələ öz həllini tapmalıdır və tapacaqdır.

SAKİN: Cənab Prezident, keçən il təbii fəlakət zamanı bu yol sel sularının altında qalıb bərbad hala düşmüşdü. Sizin Sərəncamınızla bu yol yenidən əsaslı bərpa edildi, insanların istifadəsinə verildi. Hazırda bu yoldan Arazboyu 70 kəndin 20 mindən artıq sakini istifadə edəcəkdir. Cənab Prezident, həmin sakinlərin adından Sizə öz minnətdarlığımızı bildiririk, sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun, var olun.

SAKİN: Əziz Prezidentimiz, bizim camaat da bu yoldan faydalanır. Bizim kəndimiz də Saatlının keçənilki fəlakətdə su altında qalmış kəndlərindən biridir. Kəndimizdəki evlər çiy kərpicdən tikilmişdi. İndi Sizin köməkliyinizlə Allaha çox şükür ki, möhkəm daş evlər tikilir. Bütün camaata kompensasiyalar verilib. İndi camaatımız evində rahat yata bilir. Bəndlərimiz möhkəmləndirilib, daha narahatlığımız yoxdur. Demək olar ki, bizim bütün problemlərimiz, o cümlədən su ilə əlaqədar problemimiz həll olunmuşdur.

Bütün dünya Sizin simanızda dövlətlə xalqın birliyini görür. Bizim camaat bütün bunları çox gözəl başa düşür, çox gözəl dərk edir və Sizi dəstəkləyir. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Doğrudan da keçən il demək olar ki, bütün qitələrdə təbii fəlakətlər baş vermişdir. Gördünüz, həm yanğınlar, həm daşqınlar, həm zəlzələlər. Bu, necə deyərlər, hər bir ölkədə özünü göstərmişdir. Dünya insan itkisi ilə üzləşmişdir. Ancaq biz bütün insanları vaxtında köçürdük, şərait yaratdıq, müvəqqəti yaşayış məntəqələri yaratdıq. İndi evlərin bərpası ilə məşğuluq. İşlərin böyük əksəriyyəti görülmüşdür. Ancaq hələ ki, təmirə ehtiyacı olan evlər vardır. O vaxt qeydiyyat aparılanda bu evlərin sayı göstərilmişdir. Ondan sonra il ərzində bəzi evlər dəymiş ziyana görə yararsız vəziyyətə düşmüşdür. Yəni onların yenidən qeydiyyata alınması prosesi gedir. Ona görə keçən il nəzərdə tutduğumuzdan daha da artıq iş görülməlidir. Bu məqsədlər üçün əlavə vəsait ayrılacaq ki, bütün bu işləri lazımi səviyyədə görək. Bir məsələ də vardır. O da bilirəm ki, müəyyən suallar doğurur. Uçmuş evləri, yəni çiy kərpicdən tikilmiş evləri biz yeniləri ilə əvəz edirik. Gözəl daş evlərdir, möhkəm evlərdir. Amma uçmamış evlər, çiy kərpicdən tikilmiş evlər necə var idi, elə də qalmışdır.

Burada müəyyən mənada ədalətsizlik yaranır. Kimin ki, evi uçub onun şəraiti yaxşılaşıb. Kimin ki, evi uçmayıb o elə köhnə evdədir. Ona görə, bu məsələ ilə bağlı gərək təkliflər verilsin, biz baxaq, hansı əlavə işləri görək ki, ehtiyacı olan evləri də təmir etdirək. Bu, böyük işdir. Biz təkcə Saatlı rayonunda deyil, bütün ətraf rayonlarda da evlərin qəzalı vəziyyətə düşməsi ilə üzləşmişik. Ancaq bunu edəcəyik.

SAKİN: Musalı kəndinə çəkilən yeni yol istifadəyə verilib. Ötən il bizim kəndimiz - Musalı və Nəriman kəndləri də su altında qalmışdı. Sizin tapşırığınızdan sonra bizim Nəriman kənd orta məktəbi, tibb, poçt məntəqələri, məscid qısa bir müddətdə əsaslı təmir olundu. Sizin təhsilə diqqətinizi biz gözəl bilirik. Rayonumuzda təhsil ilə əlaqədar çox böyük, möhtəşəm işlər görülmüşdür. Beş böyük, yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Onlarca məktəb binası əsaslı təmir olunmuşdur. Bütün müəllimlər, valideynlər, şagirdlər adından Sizə öz minnətdarlığımı bildirirəm. Sizə xoşbəxtlik, ailə səadəti arzulayıram.

Prezident İlham ƏLİYEV: Sağ olun. Məktəb tikintisi də davam etməlidir və edir. Amma hələ ki, təmirə ehtiyacı olan məktəblər vardır. Yəni, son 5-6 il ərzində böyük proqramla 2000-dən artıq məktəb tikilmişdir. Ancaq qəzalı vəziyyətdə məktəblər hələ ki, çoxdur. Bu ilin dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulacaq ki, qəzalı vəziyyətdə olan məktəbləri biz ilin sonuna qədər təmir edək. Yəqin ki, biz bu proqramı da 2013-cü ilin sonuna qədər başa çatdıracağıq. Beləliklə, Azərbaycanda bir dənə də qəzalı vəziyyətdə məktəb, yaxud da ki, pis vəziyyətdə məktəb olmayacaqdır. Bu da böyük bir nailiyyət olacaqdır. Çünki ölkəmizdə 4500-dən artıq məktəb vardır. Onların 2000-dən bir az artığını biz tikmişik. Amma hələ ki, 2000-ə yaxın məktəb vardır ki, onların da müəyyən qədəri təmir edilməlidir. Biz bütün bu problemləri bilirik. Əsas məsələ də problemi bilmək, düzgün təhlil etmək və həlli yollarını tapmaqdır. İstər sosial-iqtisadi, istərsə də infrastruktur, qazlaşdırma, meliorasiya, suvarma məsələləri çox ciddi məsələdir. Burada kənd şəraitində yaşayan insanlar yaxşı bilirlər ki, suvarma məsələləri də öz həllini tapmalıdır. Yəni, hər bir rayon, bütövlükdə ölkə üzrə konkret proqramlar vardır və biz bunları icra edirik.

SAKİN: İcazə verin, rayonumuzun gəncləri adından Sizi salamlayım, “Xoş gəlmisiniz” deyim. Sizin Azərbaycan gəncləri ilə son günlərdə keçirdiyiniz görüşlər bizdə xoş əhval-ruhiyyə, xoş ovqat yaratmışdır. Möhtərəm cənab Prezident, məlumdur ki, respublikamızda genişmiqyaslı işlər görülür, yeni-yeni olimpiya kompleksləri tikilib istifadəyə verilir. Qonşu Sabirabad rayonunda yeni olimpiya kompleksi tikilib istifadəyə verilmişdir. Eşitmişik ki, İmişli rayonunda da yeni olimpiya kompleksi istifadəyə veriləcəkdir. Bir Saatlı rayonu qalır arada. Xahiş edirəm ki, bizə də kömək göstərəsiniz. Azərbaycan gəncləri Sizinlədir, Sizinlə fəxr edirik, Sizinlə qürur duyuruq.

Prezident İlham ƏLİYEV: Yaxşı ki, bu məsələni siz qaldırdınız. Çünki indi o qədər olimpiya kompleksləri tikilmişdir ki, yadda saxlamaq çətindir harada tikilib, harada tikilməyib. İmişlidə bu gün açılacaq kompleks 31-cidir. Ona görə, mütləq Saatlıda da gözəl olimpiya kompleksi yaradılacaqdır. Onun yanında Gənclər Evi də yaradılmalıdır. Dediyimiz kimi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı hazırlanır. Orada həm Bakıda Gənclər Mərkəzinin tikintisi nəzərdə tutulmalıdır, həm də rayonlarda. Ona görə də bu məsələ ilə bağlı göstəriş veriləcəkdir.

SAKİN: Cənab Prezident, mən də Sizə “Xoş gəlmisiniz” deyirəm. Bu gün mən böyük qürur hissi keçirirəm. Ona görə ki, 1998-ci ildə həmişəyaşar ulu öndərimiz ilə birlikdə rayon ictimaiyyətinin görüşü keçirilərkən Siz həmin görüşdə iştirak edirdiniz. On il keçdikdən sonra Allah-təalanın inayəti ilə mənə qismət oldu ki, 2008-ci ilin sentyabr ayında Sizinlə rayon ictimaiyyətinin görüşünü keçirdik.

Prezident İlham ƏLİYEV: Meydanda, muzeyin açılışında.

SAKİN: Mən Sizin qarşınızda çıxış edərkən bir problemi xahiş etmişdim. Bu, işıq problemi idi. Sizin diqqətiniz, qayğınız və köməkliyiniz nəticəsində az bir müddət ərzində işıq problemi tamamilə həll olundu. İndi camaatımız işıqdan fasiləsiz istifadə edir. Mənim bugünkü qürur hissim daha çoxdur. Sevincimin həddi-hüdudu yoxdur. Xalqımız kimi mən də sevinirəm. Ona görə ki, üçüncü dəfədir Sizinlə görüşürəm. Allah Sizi xoşbəxt eləsin, sağ olun.

X X X

Rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Ordubadda ağır yol qəzası olub, bir nəfər həyatını itirib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib

ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq

Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub

ADAU tələbələri innovativ suvarma layihələrini təqdim ediblər

Oktyabrda qlobal neft təklifi 2,3 milyon barel artıb

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

“TotalEnergies” Azərbaycanda yeni Günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır

Naxçıvanda kommersiya qurumlarının sayı 15,9 faiz artıb

Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlığı: ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir - ŞƏRH

ADPU ilə ABŞ universitetinin ikili diplom proqramı genişləndirilir

Dublin sammiti: Avropanın strateji gündəliyində Bakının yeri TƏHLİL

Həssas qruplara aid daha 50 şəxs sanatoriya-kurort mərkəzinə yola salınıb

Paytaxt məktəblərinin direktorları ilə keçirilən silsilə görüşlərə yekun vurulub

Qlobal və regional çağırışların həllində Azərbaycan modeli: Prezident İlham Əliyev beynəlxalq aləmdə güvənilən Liderdir - TƏHLİL

Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir - ŞƏRH

Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb