RÜTUBƏTLİ HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏKDİR
Bakı, 23 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 24-də ölkə ərazisində hava gündüz əsasən yağmursuz keçəcəkdir. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın üç gündə Abşeron yarımadasında nisbətən rütubətli hava şəraiti, eyni zamanda tez-tez şimal küləyinin cənub küləyi ilə əvəz olunması əksər meteohəssas insanlar üçün narahatlıq hissi yaradacaqdır. Respublika üzrə soyuq hava şəraiti Dağlıq Qarabağ bölgəsində mənfi 1-3 dərəcə qeydə alınacaqdır.
Bakıda havanın temperaturu gecə müsbət 6-8, gündüz 9-11, Naxçıvanda gündüz 11-13, gecə 1-3, aran bölgəsində gündüz 12-14, gecə 5-7, dağlıq zonada gündüz 5-7, gecə 0-2 dərəcə təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]