RUSİYADA MİQRANTLARI HESABLAYACAQLAR
Onun sözlərinə görə, Federal Miqrasiya Xidməti ölkəyə gələn miqrantları izləməyə imkan verən informasiya sistemi, bir növ, “ünvan bürosu” yaradacaqdır. İndiyədək onların haqqında məlumata yalnız FMX malik idi.
Bu sistemin yaradılması “Rusiya Federasiyasında əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu haqqında” qanun layihəsində nəzərdə tutulur. “Qonaq” işçiləri üzə çıxarmağı isə onlar üçün qaydaları yüngülləşdirmək vasitəsilə planlaşdırırlar ki, bu da “Rusiya Federasiyasında əcnəbi vətəndaşların hüquqi vəziyyəti haqqında” qanun layihəsində öz əksini tapmışdır. Hər iki sənədə Dövlət Dumasında artıq birinci oxunuşda baxılmışdır.
Bundan başqa, “Kommersant” qəzetinin yazdığına görə, FMX qeyri-leqal miqrantları cəlb edən işəgötürənlər üçün cəzanı sərtləşdirməyi, onlara qarşı cərimələr əvəzinə, cinayət məsuliyyəti tətbiq olunmasını planlaşdırır.
FMX başçısı Rusiyadakı qeyri-leqallardan dəyən zərərin məbləğindən danışaraq demişdir ki, bu zərər ildə 200 milyard rubldan artıqdır. Romodanovski bildirmişdir ki, Gürcüstan və Moldovanın ümumi daxili məhsullarının müvafiq surətdə 20 və 30 faizi onların Rusiyada işləyən vətəndaşlarının pul köçürmələrindən ibarətdir.