RUSİYADA İNTİHAR HALLARI AZALMIŞDIR
Ötən il yanvardan aprelə kimi 14 min, bu ilin müvafiq dövrü ərzində isə 12,9 min intihar qeydə alınmışdır. Moskvada ənənəvi “risk qruplarına”-yeniyetmələr və qocalar - “orta sinif” də əlavə olunmuşdur. Moskva Gənclər və Ailə İşləri Komitəsinin Əhaliyə psixoloji yardım xidmətinin şöbə rəisi Sergey Tiunov bildirmişdir ki, bizneslə məşğul olanların fəaliyyətinin yüksək ritmi çox böyük emosional və fiziki gərginlik tələb edir, buna isə bəziləri davam gətirmirlər.
Psixoloqlar hesab edirlər ki, bu il intihar hallarının azalması neftin yüksək qiyməti sayəsində cəmiyyətdə həyatın sabitləşməsi ilə bağlıdır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər neftin qiyməti aşağı düşərsə, yaşamaq yenidən çətinləşəcək və intiharların sayı artacaqdır.
Vəziyyətin müəyyən qədər yaxşılaşmasına baxmayaraq, Rusiya, əvvəlki kimi, intiharların sayına görə dünyada ilk beş ölkə sırasında qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:23]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:10]