RUSİYADA 70 MİN QIRXIQBAŞ VAR
AZƏRTAC “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Rusiya hüquq müdafiəçiləri davakar millətçilərin - skinhedlərin sayının dəhşətli dərəcədə artdığını həyəcanla bildirirlər. Onların fikrincə, əgər iki il əvvəl Rusiyada 50 min qırxıqbaş vardısa, hazırda bu rəqəm 70 mini keçmişdir.
Moskva İnsan Hüquqları Bürosunun (MİHB) direktoru Aleksandr Brodanın sözlərinə görə, Rusiya şəhərlərində radikal millətçi təşkilatların keçirdikləri kütləvi aksiyalarda millətlərarası ədavəti qızışdıran şüarlar söylənilir. Qırxıqbaşların qətlə yetirdikləri insanların sayı artır. Təkcə cari ilin yanvar-aprel aylarında ölkədə irqçilərin 80 basqını nəticəsində 25 adam öldürülmüş və 80 nəfər yaralanmışdır. Həmin dövrdə məhkəmələr milli nifrət zəminində cinayətlərə görə 21 ittiham hökmü çıxarmışlar.
Lakin digər məlumata görə, Rusiyada ötən dörd ayda milli nifrət və ksenofobiya (gəlmələrə nifrət) zəminində 200-dək basqın olmuş və bu zaman 25 adam öldürülmüş, 154 nəfərə xəsarət yetirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [11:20]
İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
- 14.11.2026 [09:21]
Hörmüz boğazında tanker minaya düşərək yanıb
- 14.11.2026 [07:18]
Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək
- 14.11.2026 [07:08]
Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]