Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDEVİN NİTQİ

RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDEVİN NİTQİ

-Hörmətli İlham Heydər oğlu!

Hörmətli Mehriban Arif qızı!

Hörmətli dostlar!

Hörmətli həmkarlar!

Bu gün Azərbaycanda səfərdə olmağım mənə çox xoşdur. Bunun müxtəlif səbəbləri var. Lakin ilk növbədə ona görə ki, biz buraya dostlarımızın yanına qonaq gəlmişik və bugünkü danışıqlar, bugünkü görüşlər də bizim əməkdaşlığımızın nə qədər dinamik, nə qədər əsaslı olduğunu göstərdi.

Bu axşam vaxtı sizi rəqəmlərlə, danışıqların yekunları barədə faktlarla yormaq istəmirəm. Hərçənd, mənim fikrimcə, bu danışıqlar özləri hər şeyi göstərdi. Bu danışıqlar bir-biri ilə çox sıx əlaqə saxlayan, bütün istiqamətlərdə - həm energetika, həm sənaye, həm də sosial-humanitar istiqamətlərdə birgə işləyən iki dövlət arasında danışıqlardır. Əlbəttə, bütün bunlar ölkələrimizin son illərdəki inkişafının nəticələridir.

Zənnimcə, biz hələ çox iş görməliyik. Xüsusən ona görə ki, bir sıra layihələr həqiqətən gələcəyə istiqamətlənmişdir. Biz hər iki ölkə üçün faydalı olan iri layihələrin maddiləşməsi üçün, onların xalqlarımıza, dövlətlərimizin mənafelərinə xidmət etməsi üçün səylərimizi əsirgəməyəcəyik.

Dünya inkişaf edir və onun problemləri azalmır. Buna görə də mən belə hesab edirəm ki, bizim müntəzəm əlaqələrimiz, ən mürəkkəb beynəlxalq məsələləri, postsovet məkanında mövcud olan məsələləri, mürəkkəb dövlətlərarası problemləri müzakirə etməyimiz yalnız işin xeyrinədir. Bugünkü dialoq bunu növbəti dəfə nümayiş etdirdi.

İlham Heydər oğlu ilə biz, demək olar ki, bütün beynəlxalq problemləri gözdən keçirdik, həm uzaq xaricdə, həm də postsovet məkanında münasibətlərin necə qurulması barədə danışdıq. Biz, demək olar ki bütün beynəlxalq məsələlərə dair fikir mübadiləsi etdik və bu göstərdi ki, bütün məsələlərə münasibətdə mövqelərimiz eynidir. Bu, çox yaxşı haldır. Bu, bizim gələcək münasibətlərimizi də həm əvvəllər, Azərbaycana Heydər Əlirza oğlu Əliyevin rəhbərlik etdiyi dövrdə, həm də indi Azərbaycan Respublikasına İlham Heydər oğlu Əliyevin başçılıq etdiyi şəraitdə olduğu kimi, konstruktiv dostluq əlaqələri üzərində qurmağa imkan verəcəkdir.

Hesab edirəm ki, bu, gələcək üçün çox yaxşı, möhkəm təməldir. Mən o fikirlə də tam razıyam ki, iqtisadiyyatdan əlavə insanlar arasında əlaqələr, humanitar qarşılıqlı münasibətlər də çox vacibdir. Əlbəttə, bu mənada Azərbaycan başqa dillərə, tarixən həqiqətən millətlərarası ünsiyyət dili olmuş rus dilinə qayğıkeş münasibət göstərilməsinin nümunəsidir. Mədəni dialoqun inkişafı, tədrisin rus dilində aparıldığı məktəblər şəbəkəsinin genişləndirilməsi, üniversitetlərin, o cümlədən Moskva Universitetinin filialının açılması - bütün bunlar məhz bu istiqamətdə atılan addımlardır və biz bunu çox yüksək qiymətləndiririk.

Hesab edirəm ki, əgər biz tərəfdaşlığımızı bundan sonra da bu şəkildə davam etdirsək, o, son dövrdə vaxtilə bizi birləşdirən vahid dövlətin əsasında yaranmış dövlətlərin inkişafının real nümunəsi olacaqdır.

Azərbaycana gəlməyə dəvət olunduğum üçün səmimi təşəkkürümü bildirmək istərdim. Mənim fikrimcə, bizim bu il də ünsiyyət saxlamağımız üçün səbəb çox olacaqdır. Biz həmişə Moskvada qonaq kimi Sizin yolunuzu gözləyirik. Biz Sizi təkcə Moskvada yox, Rusiyanın başqa şəhərlərində də görməyə həmişə şad olarıq. Rusiya kiçik ölkə deyil, bizim layihələrimiz də çoxdur, sadəcə görüşmək, ən müxtəlif məsələləri müzakirə etmək üçün səbəblər də çoxdur. Bu qədər ciddi və ölkələrimiz üçün vacib məsələlərin müzakirəsində iştirak etdiklərinə görə bugünkü danışıqların bütün iştirakçılarına - dövlət strukturlarının nümayəndələrinə, dövlət qulluqçularına, biznes təmsilçilərinə, bu gün görüşdüyüm konfessiyaların nümayəndələrinə təşəkkür etmək istərdim. Doğrudan da, Azərbaycandakı vəziyyət konfessiyalararası dialoqun və vətəndaş sülhünün gözəl nümunəsidir.

İcazə verin, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin, onun xanımı Mehriban Arif qızının sağlığına, Azərbaycan xalqının firavanlığı, xalqlarımız arasında dostluğun şərəfinə badə qaldırmağı təklif edim.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiril Valçev Bolqarıstan Xəbər Agentliyinin rəhbəri vəzifəsindən istefa verəcək

Azərbaycan–Vyetnam əlaqələrinin güclənməsi zamanın sınaqlarından çıxmış möhkəm dostluğa əsaslanır ŞƏRH

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə qrant müsabiqələri elan edir

Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri

Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb – SİYAHI

“Axios”: Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri vəzifəsindən ayrılır

Noyabrın 20-si Ağdam Şəhəri Günüdür

Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib

Qarakənd faciəsindən 35 il ötür

İranla müharibə ABŞ-yə 48 milyard dollardan çox vəsaitə başa gəlib

Zelenski: Ukrayna Qərb tərəfdaşlarından 115 milyard dollar maliyyə yardımı almağa ümid edir

Qızılın qiyməti ötən ilin sentyabrdan bəri ilk dəfə 3550 dollardan aşağı düşüb

Kiyevdə bir neçə körpü ballistik raketlərlə vurulub - YENİLƏNİB

Norveç və Böyük Britaniya Ukraynaya patrul qayıqları tədarük edəcək

Parisdə Səməd Vurğunun 120 illiyinə həsr olunmuş musiqili ədəbi-bədii gecə təşkil edilib

Vitkoff: Tramp Şençjendə Ukrayna məsələsinə xüsusi diqqət yetirib

Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə görüşüb

Göyçayda yol qəzası ölümlə nəticələnib VİDEO

Göyçayda yol qəzası ölümlə nəticələnib VİDEO

Zelenski: Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin necə işləyəcəyinin izahına ehtiyac var

Hörmüz boğazının şərqində tanker minaya düşərək alovlanıb

Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoyub

Somali BƏƏ-nin səfirini ölkədən çıxarır

Tramp İranla bağlı qərarını yeni ilin əvvəlində verəcəyini bildirib

Fransa Ruanda da daxil olmaqla, miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasında iştirak etməyəcək

Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım

Kuşner: Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanacaq

Uzun fasilədən sonra Gürcüstan və Rusiya nümayəndələrinin görüşü olub

Zelenski: Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Misir və Fransa Aralıq dənizində birgə hərbi təlimlərə başlayıb

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb VİDEO

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb VİDEO

Tramp Çinə səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib

Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi “KIZILELMA” inventara daxil edilib

Dadaş Məmmədov: İncəsənət protokolsuz ünsiyyətə imkan yaradır və mədəniyyətləri yaxınlaşdırır

Böyük Britaniyada tələbələr ilk qazıntılarında Roma dövrünə aid xəzinə aşkarlayıblar

Aİ Böyük Britaniyadan “Brexit”lə bağlı mövqeyini dəqiqləşdirməyi tələb edir

Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib

Nazir: “Made in EU” strategiyası Türkiyə-Aİ əlaqələrinə xələl gətirir

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır ŞƏRH

Bu saata olan əsas xəbərlər

Ağdama köçürülmüş sakinlərin 2640-dan çoxu məşğulluq tədbirlərinə cəlb edilib - EKSKLÜZİV

Yazdıqlarımın oxuculara çatması ən böyük arzularımdan biri idi - yazıçı

“Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib

AzTU-ya QS dünya reytinqindəki mövqeyinə görə sertifikat təqdim edilib

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib

Altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb

Azərbaycan ağırlıqqaldıranı Şanxay Əməkdaşlıq Təşkilatı Açıq Kubokunda 3-cü yeri tutub

BMT Məhkəməsi Myanmanı rohincalara qarşı soyqırımı törətməkdə məsuliyyətli hesab edib

Naxçıvan Kukla Teatrı ilə Çine Belediyesi Kültür Merkezi arasında əməkdaşlıq memorandumu imzalanıb

Baş məşqçi: Çalışırıq ki, Xankəndi rəqiblər üçün çətin səfər olsun

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb

Ali Radanın sədri: Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir

Ədəbiyyat Muzeyində Lətif Kərimovun 120 illik yubileyi qeyd olunub

Türkmənistanda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Daha bir şirkət Ağdam Sənaye Parkının rezidenti olub

Ramiz Məmmədov: Şükürlər olsun ki, yenidən Xankəndidə futbol matçı keçirildi

BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumatlandırılıb

Elşən Rüstəmov: “İvan İliçin ölümü” teatrın repertuarında layiqli yer tutacaq

Azərbaycanın Qarabağda yaratdığı yeni reallıqlar regionda davamlı sülh üçün zəmin yaradır ŞƏRH

Azərbaycan cüdo üzrə U-23 dünya çempionatında ilk medalını qazanıb

FAO: Qlobal taxıl ehtiyatları gələn il 1,8 faiz artacaq

Pan-Avropa Regional Şurasının iclasında Azərbaycandakı sosial-iqtisadi islahatlar barədə məlumat verilib

Deputat: Gələn ilin sosial müdafiə və səhiyyə xərcləri əhalinin rifahına yönələcək

“Azərişıq” elektroenergetika sektorundakı nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər

İncəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

COP31-də Azərbaycanın sənaye sektorunda yaşıl və rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

UN-Habitat-ın nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcə gəlirlərinin 510 milyon manat təsdiq edilməsi nəzərdə tutulub

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Nigar Camalova: Tarixi və etnoloji tədqiqatlarda süni intellektin tətbiqi üçün yeddi mərhələli metodika təklif edilib - MÜSAHİBƏ

Azərbaycanla ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub

Böyük futbol yenidən Xankəndiyə qayıtdı

Zəfərdən quruculuğa: Böyük Qayıdışın konturları - ŞƏRH

Dövlət Komissiyası: Cari ilin 10 ayında müsadirə edilən narkotiklərin həcmi 1,7 tondan çox artıb

Bakıda Avstriya günləri

Şərurda Dövlət Proqramının icrası ilə əlaqədar görüş olub

Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər

Lənkəranda fermer təsərrüfatlarında görülən işlərlə yerində tanışlıq olub

Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub

Liderlərin üçtərəfli görüşü: Geosiyasi hesablamalar və Ukraynanın gələcəyi - TƏHLİL

Yusif Tapdıqlı: İstehlakçı müraciətlərinin əksəriyyəti qüsurlu malların satışı ilə bağlıdır

® Mərkəzi Gömrük Hospitalında iş mühitində psixoloji dayanıqlıq mövzusunda maarifləndirici təlim təşkil edilib

Çinin hərbi təhsil üzrə nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

Nərmin Mirzəyeva: ƏMAS əmək qanunvericiliyinin pozulmasının qarşısını əvvəlcədən alır

İcraçı direktor: Biznes biliklərinin adaptasiyası və texnologiyaya transformasiyası çox önəmlidir

Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olunub

Rusiya Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət edib

Bu ilin on ayında istehlakçılara qaytarılan vəsait açıqlanıb

Qırğızıstan və Türkmənistan Azərbaycandan Avropaya uzanan marşrutun perspektivlərini müzakirə edib

Şair Nazim Aslanın “Bir sevginin taleyi” kitabının təqdimatı olub

Qida subyektlərinin əməkdaşları üçün HACCP təlimi keçirilib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kerç körpüsünün dəmir yolu xəttinin zədələndiyini təsdiqləyib

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq YENİLƏNİB VİDEO

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq YENİLƏNİB VİDEO

Rusiya Prezidenti Krım körpüsünə hücumlardan sonra qismən atəşkəs ideyasından imtina edib

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib VİDEO