RUSİYA ƏHALİSİ SÜRƏTLƏ AZALMAQDADIR
M.Zurabov Moskvada “Rusiyanın demoqrafik inkişafının mənəvi-əxlaqi əsasları” mövzusunda keçirilən dini-ictimai konfransda çıxışında demişdir ki, son 10 ildə ölkə əhalisi 9 milyon nəfər azalmışdır və hazırda 144,2 milyon nəfərdir.
Nazir ölkədə doğum faizinin həddindən artıq aşağı olmasını, habelə yüksək ölüm faizini, əhalinin sağlamlığının pisləşməsini və qısa ömürlülüyü mövcud demoqrafik vəziyyətin əsas xüsusiyyətləri kimi səciyyələndirmişdir.
Zurabov körpələr arasında ölüm faizinin azalmasını dövlətin bu istiqamətdə gördüyü tədbirlərin müsbət nəticəsi sayır. O qeyd etmişdir ki, 2002-ci illə müqayisədə 2003-cü ildə doğulan uşaqların sayı 80 min çoxdur. Bununla yanaşı, ölkədə nikahdan kənar doğulan uşaqların sayı artmışdır. Məsələn, 1999-cu ildə uşaqların 14,6 faizi, 2003-cü ildə isə 29,5 faizi nikahdan kənar doğulmuşdur.
Nazir miqrantların artmasını Rusiyada demoqrafik vəziyyətin yaxşılaşdırılması yollarından biri hesab edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [12:19]
ABŞ-nin kommersiya neft ehtiyatları 9 milyon barel artıb
- 12.11.2026 [12:07]
Süd vəzi xərçəngini erkən mərhələdə aşkarlayan yeni metod hazırlanıb
- 12.11.2026 [11:22]
Qlobal bazarlarda süni intellekt şirkətlərinin səhmlərinə maraq kəskin artıb
- 12.11.2026 [11:13]
Özbəkistanın birinci xanımı Antalyada mühüm ekoloji təşəbbüslər irəli sürüb
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Dünya Keyfiyyət Günüdür
- [09:30]
Bu gün Konstitusiya Günüdür
- [08:00]