RUS DRAM TEATRI YENİ MÖVSÜMÜ AÇIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabr repertuarı teatr pərəstişkarlarına bir neçə komediya – X.Bergerin “Daha bir Cekson, yaxud Həddiniaşma”, L.Razumovskayanın “!+...”Nikah agentliyi” , V.Neverovun “Torqovıda görüşərik”, habelə N.Rəsulzadənin “Nonsens” və A.Qalinin “Çağırışla gələn kişi”, ”Sinqapurda rus şousu” tamaşalarını təqdim edir.
Teatr kollektivi M.Freynin “Teatr” məzhəkəsini və R.Baerin “Qarışıq hisslər” pyesini də nümayiş etdirəcəkdir.
Balaca tamaşaçılar sevimli “Zoluşkanın ayaqqabıları”, “Şelkunçik”, “Çəkməli pişik” və “Bremen musiqiçiləri” tamaşalarına baxa biləcəklər.