RESPUBLİKA GÜNÜNƏ HƏSR EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 28 May - Respublika günü münasibətilə Gədəbəydə təntənəli yığıncaq keçirilmişdir. Yığıncağı rayon icra hakimiyyətinin başçısı Nazim Veisov açmış, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Kamran Rzazadə isə “Müstəqilliyimiz əbədidir” mövzusunda məruzəsi ilə çıxış etmişdir.
Yığıncaqda çıxış edən digər natiqlər də dövlətçilik tariximizdə mühüm əhəmiyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması səbəblərindən, eyni zamanda, ikinci dəfə əldə olunmuş müstəqilliyin qorunub saxlanmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışlar.
Tədbirin sonunda bayram konserti olmuşdur.