Azərbaycan Dövlət İnformasiya Agentliyi

Reinteqrasiyanın Azərbaycan modeli

Reinteqrasiyanın Azərbaycan modeli

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 16-da Azərbaycanın hər bir vətəndaşının bütün diqqət və duaları BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında aparılan müzakirələrə yönəlmişdi. Rəsmi İrəvanın təşəbbüsü ilə təşkil olunmuş “Axmaq avantüra” adlı sözügedən siyasi tamaşa beynəlxalq ictimaiyyətin gözü qarşısında fiaskoya uğradı. Əlbəttə ki, nüfuzlu beynəlxalq təşkilatlar Qərbin “ikili standartlar” siyasətinin alətinə çevrildiyi üçün burada dualar da əskik olmamalı idi. Qlobal təşkilatların riyakar fəaliyyəti səbəbindən beynəlxalq münasibətlər sisteminin şərti “əxlaq kodeksi” artıq çoxdandır ki, təhrif olunub. Odur ki, beynəlxalq təşkilatların ədalətinə və obyektivliyinə ümid etmək bağışlanmaz sadəlövhlükdür.

Bu fikirlər siyasi elmlər üzrə fəlsəfə doktoru A.Adilin “Reinteqrasiyanın Azərbaycan modeli” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Əslində, Prezident İlham Əliyevin bütün çıxışlarında güc amilinin hər dəfə israrla qeyd olunması da bilavasitə müasir beynəlxalq münasibətlərin sözügedən xüsusiyyətinə edilən vurğunun təzahürüdür. Sevindirici hal odur ki, biz Azərbaycanda yaşanan milli həmrəylik mühitinə bir daha şahidlik etdik. Sözügedən iclas və onun ətrafında yaşanan bütün hadisələr milli həmrəyliyin qorunmasının nə qədər vacib olduğunu bizə bir daha nümayiş etdirdi. Hamı iclasın gedişatını izlədi və əldə olunmuş uğur səmimi sevincə səbəb oldu. Məğlubiyyəti gözləyən yalnız təklikdə qalmış xain radikallar oldu, öz istehzalı şablonlarını istifadə edə bilmədikləri üçün çox məyus qaldılar.

Ümid edirəm, BMT Təhlükəsizlik Şurasının sözügedən iclası geniş təhlil olunacaq, məqalələr yazılacaq və bu araşdırmalar sayəsində Azərbaycanın nəzəri siyasi məktəbi daha da zənginləşəcək. Əks təqdirdə, yenə də diplomatik uğurumuz masaüstü təqvimdən cırılmış və atılmış vərəqənin üzərindəki unudulmuş yazı kimi qalacaq.

Düşünürəm ki, kiçik yazı çərçivəsində BMT Təhlükəsizlik Şurasının yarıtmaz fəaliyyətinə toxunmaq səmərəsizdir. Ötən otuz il ərzində Azərbaycan xalqı bu qurumun beynəlxalq hüququn aliliyi uğrunda “fədakar” və “səmərəli” fəaliyyətinə dəfələrlə şahidlik edib. Beynəlxalq hüququ manipulyasiya alətinə çevirmiş BMT artıq çoxdandır ki, öz nüfuz və ictimai etibarını itirib. BMT Qərbin maraqlarına uyğun olan baxış və yanaşmaları beynəlxalq münasibətlər sistemində yeridən siyasi təsisatdır. Sifarişli qətnamələri qəbul edən qurum obyektiv təsisat statusuna iddia edə bilməz. Odur ki, yaxın gələcəkdə beynəlxalq münasibətlər sisteminin reformasiyası gözlənilən inkişaf ssenarilərindən biridir.

BMT-nin “fədakar” fəaliyyəti sayəsində konkret münaqişələrin həlli prosesində beynəlxalq hüququn normalarına istinad və ümid etmək artıq rahatlıqla “beynəlxalq romantizm” adlandırılmalıdır. Mövcud kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən səsləndirdiyi fikrin qeyd olunması yerinə düşər: “Əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır”.

BMT-nin riyakarlığını və oyunbazlığını ifşa edən kiçik, ancaq sözügedən qurumun məsələyə əsl münasibətinin məzmununu xarakterizə edən epizoda diqqət yetirək. Nədən sözügedən qurum və Ermənistanın havadarları Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar ölkəmiz tərəfindən təklif olunan Ağdam-Xankəndi yoluna qarşı çıxış edirlər? Deməli, ya heç bir humanitar fəlakət yoxdur, əhalinin də bütün ehtiyacları təmin olunur, ya da həmin ərazidə yaşayan ermənilərin durumu onları reallıqda qətiyyən narahat etmir. Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, Qarabağ bölgəsinə yüklərin Ağdam-Xankəndi yolu ilə çatdırılmasına heç vaxt etiraz etməzdi. Qeyd olunan təsbitə söykənərək tərəddüd etmədən deyə bilərik ki, həmin ərazidə heç bir fövqəl situasiya yoxdur, baş verənlər isə sadəcə beynəlxalq təşkilatların “himayədarlığı” ilə reallaşan tamaşa-simulyasiyadır.

Azərbaycanın Qarabağ ərazisində yaşayan erməniəsilli vətəndaşların gələcək aqibəti ilə bağlı “narahatlıqlar”ın əslində münaqişədən sonrakı dövrdə bəzi qurumların əsas manipulyasiya alətinə çevrilə biləcəyi də proqnoz olunan təzahürdür. Xatırladaq ki, Prezident İlham Əliyevin Azərbaycanın dünya multikulturalizminin ünvanlarından birinə çevrilməsi istiqamətində siyasətinin fəal fazası məhz 2011-ci ildə Bakıda I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə başlamışdır. Prezident İlham Əliyevin mövcud istiqamətdəki dövlət siyasətinin davamlı inkişafını Bakı Humanitar Forumunun təsis olunması, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, Azərbaycanda yüzlərlə ölkə nümayəndəsinin iştirakı ilə dünyanı narahat edən aktual problemlərin müzakirəsinə həsr olunmuş beynəlxalq tədbirlərinin keçirilməsi, habelə beynəlxalq təşkilatların, ölkə rəhbərlərinin və nüfuzlu siyasətçilərin dünyada multikulturalizm dəyərlərinin təbliğində Azərbaycanın müstəsna rolu ilə bağlı bəyanatlarında da görə bilərik. Odur ki, aparılan bu cür siyasət və Azərbaycan Prezidentinin siyasi iradəsi Qarabağda yaşayan erməniəsilli sakinlərimizin gələcəyi ilə bağlı bütün süni və qərəzli narahatçılıqları əsassız edir. Reinteqrasiya siyasəti Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin bütün hüquq və azadlıqlarının təmin olunması çərçivəsində reallaşdırılacaq.

Belə ki, Azərbaycan təklif etdiyi reinteqrasiya modelinin növbəti əsas keyfiyyət-meyarlarını qeyd edə bilərik: “qəbul olunmuş beynəlxalq hüquq və normalarına riayət”, “sülhün bərqərar olunması”, “ərazidə yaşayan əhalinin rifahı”, “mədəni hüquqların qorunması”, “Qarabağda yaşayacaq əhalinin Azərbaycanın multikultural simasının tərkib hissəsi olması”, “bütün vətəndaşların hüquq və azadlıqlarının bərabər şəkildə təmin olunması”, “tolerantlıq prinsiplərinin yaşadılması”, “dövlətə sədaqət”, “birgə tarixə hörmət”, “dini azadlıqların təmin olunması” və “birgəyaşayış prinsiplərinin ictimai münasibətlərin bütün sahələrində təmin olunması”. Sadalanan keyfiyyət-meyarların xüsusiyyət və mahiyyətinə diqqət yetirəndə açıq şəkildə aydın olur ki, bu cür amilləri regionumuzda təmin edə biləcək potensiala malik olan yeganə ölkə yalnız Azərbaycandır. Burada onu da ehtimal edə bilərik ki, Qərbi Azərbaycan İcması da Prezident İlham Əliyev tərəfindən regionda təşviq edilən birgəyaşayış modelinin tərkib hissəsidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq

Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

4SİM rəsmisi: Süni intellekt agentləri gələcəkdə fərdi iştirakçıların komanda funksiyasını yerinə yetirə biləcək

Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

İnvestorların ucuzlaşmadan istifadə edərək alışlar etməsi qızılın qiymətinin artmasına səbəb olur

® “tpe”nin icraçı direktoru BMT-nin iqlim konfransında məruzə ilə çıxış edib

ABŞ-İran gərginliyinin neft bazarına təsiri davam edir

Alim: İrəvandakı Göy məscid Azərbaycan xalqının dini-mədəni irsinin ayrılmaz parçasıdır

On ayda Qəbələnin mehmanxana və hotellərində 92 min nəfər qarşılanıb

Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə olacaq

Bakıda sənayenin texnoloji və yaşıl transformasiyası müzakirə olunur

Bakıda “Eternity-2026” təliminin açılışı olub

Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib

Dakar-2026: Azərbaycan komandasının son təmsilçisi bu gün yarışacaq

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Ağsuda avtomobilin vurduğu piyada ölüb

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır

Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür

“Google” və “Samsung” süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim edəcəklər

Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

Arktikada buz örtüyünün azalması Avropada yay quraqlıqlarından xəbər verə bilər - Tədqiqat

“Bloomberg”: “SpaceX” və “Tesla” şirkətləri dekabrda birləşə bilər

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

Kuşner: Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil

Böyük Britaniya miqrantların keçmiş hərbi bazada yerləşdirilməsi planını təsdiqləyib

Vitkoff: Ukrayna ilə bağlı daha bir görüş planlaşdırırıq

İtaliya UEFA Millətlər Liqasında Fransanı məğlub edib

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Tramp: İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd etməyəcəyəm

Afinada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı dəyirmi masa təşkil edilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  YENİLƏNİB VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək VİDEO

Türkiyə Prezidenti: Qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb VİDEO

Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib

Fariz Əhmədov: Ekran əsərində minatəmizləyən qadınların fəaliyyətinin görünməyən tərəflərini əks etdirmişik VİDEO

Fariz Əhmədov: Ekran əsərində minatəmizləyən qadınların fəaliyyətinin görünməyən tərəflərini əks etdirmişik VİDEO

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub VİDEO

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb VİDEO

Dakar-2026: Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub VİDEO

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub VİDEO

Türkiyə millisi Belçikaya məğlub olub

İrlandiyalı nazir: Ukrayna müharibəsi Aİ-nin iqtisadiyyatına mənfi təsir göstərir VİDEO

İrlandiyalı nazir: Ukrayna müharibəsi Aİ-nin iqtisadiyyatına mənfi təsir göstərir VİDEO

Şimali Makedoniya Prezidenti: “Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir VİDEO

Şimali Makedoniya Prezidenti: “Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir VİDEO

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Azərbaycan nümayəndə heyəti Həştərxanda Heydər Əliyev adına 11 nömrəli məktəbi ziyarət edib

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub VİDEO

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub VİDEO

Mateuş Çuxnovski: “Sükut içində addımlar” filmi uzun zaman və böyük zəhmət tələb edən layihədir VİDEO

Mateuş Çuxnovski: “Sükut içində addımlar” filmi uzun zaman və böyük zəhmət tələb edən layihədir VİDEO

İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var VİDEO

İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var VİDEO

Qaradağ rayonunda Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB VİDEO

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib

"Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda Dəyirmi masa

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Süni intellekt yazıçını əvəz edə bilərmi? VİDEO

Süni intellekt yazıçını əvəz edə bilərmi? VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO

Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı - ŞƏRH

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Böyük Britaniyada jurnalistlərə qarşı hücum planlaşdıran iki İran vətəndaşı təqsirli bilinib

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Nazirlik rəsmisi: Yeni subsidiya mexanizmi atçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edir

12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

“Bir əsrin işığında türkologiya: irs və perspektivlər” - SDU-da beynəlxalq forum

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığında prioritet enerji ixracından geniş iqtisadi tərəfdaşlığa keçid olmalıdır – ŞƏRH

London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır