Azərbaycan Dövlət İnformasiya Agentliyi

RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Goranboy, 20 noyabr (AZƏRTAC). Noyabrın 20-də Prezident İlham ƏLİYEV Goranboydakı Heydər Əliyev Parkında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edərək dedi:

- Sabahınız xeyir!

Necəsiniz, nə var, nə yox? İşləriniz necədir?

Mən dörd il bundan əvvəl Goranboyda olmuşam. Bu gün bir daha gəlmişəm ki, sizi görüm, vəziyyətlə tanış olum və biz əlavə tədbirlər haqqında növbəti addımlarımızı müəyyən edək.

Azərbaycanın bütün regionlarında inkişaf vardır. Bütün regionlarda quruculuq, abadlıq işləri aparılır. Mən istəyirəm ki, hər yerdə görülən bütün işlər yüksək səviyyədə olsun. Çünki Azərbaycanın bugünkü inkişaf dinamikasını biz yaxşı bilirik. Dünyada da bunu bilirlər. Dünyada gedən proseslər də bizə bəllidir. Hətta dünya miqyasında ən ağır il olan 2009-cu ildə də Azərbaycan uğurla inkişaf edir. Demək olar ki, hər həftə Azərbaycanda hansısa çox önəmli bir məsələ öz həllini tapır.

Goranboyun ərazisində məskunlaşmış məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün yeni qəsəbə salınıb, bu gün onun açılışını edəcəyik. Həftənin əvvəlində Bakıda məcburi köçkünlər üçün doqquzmərtəbəli altı bina tikilmişdir. Dünən Sumqayıtda böyük elektrik stansiyası işə qoşulubdur. Yəni elə həftə olmur ki, ölkədə həm sosial, həm iqtisadi, həm sənaye sahələrini əhatə edən mühüm hadisə baş verməsin. Bu onu göstərir ki, dünyada davam edən böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Azərbaycanda bütün planlar yerinə yetirilir və ölkəmiz uğurlu inkişafını davam etdirir.

Bu inkişafı uzunmüddətli etmək üçün bütün regionlarda işlər sürətlə getməlidir. Regionların inkişafı əsas prioritet məsələdir. 2004-cü ildə qəbul edilmiş və uğurla icra olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı bu gün yeni mərhələyə başlayır. 2009-2013-cü illərdə bütün əsas problemlər öz həllini tapmalıdır. Bunlar infrastruktur layihələridir - yollar, elektrik stansiyaları, qaz xətləridir. Dünən “İpək yolu”nun bir hissəsi istifadəyə verildi. Mən Ucar-Yevlax yolunun açılışında iştirak etmişəm. Bu yol Gəncəyə, Gəncədən də sərhədə qədər davam edir.

Qazlaşma prosesi sürətlə getməlidir. Ümumi statistikanı götürsək görərik ki, Azərbaycanda haradasa, əhalinin 85 faizi qazla təchiz edilib. Ancaq əgər biz coğrafi vəziyyətə baxsaq, görərik ki, bu faizlər, necə deyərlər, hər yerdə özünü göstərmir. Məsələn, mənə verilən məlumata görə, Goranboyda qazlaşma, haradasa 40 faiz həll olunub. Bu, davam etməlidir. Rayon mərkəzinə yaxın olan kəndlər, ilk növbədə qazla təmin edilməlidir, ondan sonra digər yaşayış məntəqələri. Biz burada həm qaz, həm də alternativ enerji mənbələrindən istifadə etməliyik.

Ölkəmiz üçün vacib olan bütün başqa məsələlər də həll olunmalıdır. İçməli su ilə əlaqədar biz Dünya Bankı ilə, eyni zamanda, Azərbaycanın dövlət büdcəsi hesabına böyük bir layihəyə başlamışıq. Elə etməliyik ki, hər bir rayonda insanlara təmiz içməli su verilsin. Əminəm ki, buna nail olacağıq. Meliorasiya, suvarma, kənd təsərrüfatının inkişafı - bütün bunlar bir-biri ilə sıx bağlı olan məsələlədir. Kənd təsərrüfatının inkişafı, eyni zamanda, iş yerlərinin yaradılmasına xidmət göstərəcəkdir. Bu sahədə çox iş görülüb. Ancaq hələ də çox iş görülməlidir. Biz elə etməliyik ki, özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin edək. Burada ancaq məhsulların yetişdirilməsi ilə kifayətlənməməliyik, emal müəssisələri də yaradılmalıdır və yaradılır. Azərbaycan həm özünü təmin etsin, həm də ki, öz ixrac imkanlarını genişləndirsin. Xüsusilə nəzərə alsaq ki, bizim üçün ixracda heç bir problem yoxdur. Bizim məhsullarımız qonşu ölkələrə sərbəst şəkildə ixrac edilir.

Əlbəttə, bütün bu kompleks tədbirləri görmək üçün çox ciddi Dövlət proqramı icra olunmalıdır. Bu proqram da vardır. Kənd təsərrüfatının inkişafı üçün kreditlərin, texnikanın verilməsi, ondan sonra güzəştli şərtlərlə gübrə, toxum və s. lazım olan tədbirlər görülür. Biz görürük ki, artıq özümüzü taxılla təmin edirik. Heç vaxt, Azərbaycanın heç bir dövründə biz özümüzü əsas ərzaq məhsulları ilə təmin edə bilmirdik. Başqa yerlərdən gəlirdi. İndi də gəlir, ancaq eyni zamanda, daxili istehsal da artır. Əgər biz nəzərdə tutulmuş bütün məsələləri növbəti dörd ildə həll etsək, ondan sonra Azərbaycanın uzunmüddətli inkişafı çox rahat olacaqdır. Yenə də deyirəm, bizim bunu etmək üçün həm iradəmiz, həm maliyyə resurslarımız, həm proqramımız və ən önəmlisi Azərbaycan xalqının dəstəyi vardır. Bütün bu işləri biz bərabər görürük.

Siz Goranboyda yaşayırsınız. Əlbəttə ki, istəyirsiniz ki, rayon daha da inkişaf etsin, daha da gözəlləşsin, bütün məsələlər həll olunsun. Mən də bunu istəyirəm. Bunu etmək üçün də əlimdən gələni edirəm. Bu məqsədlə rayonlara gedib vəziyyətlə tanış oluram, öz gözümlə görürəm, işlər necə gedir. Bir var bunu arayışda oxuyasan, bir də var ki, özün görəsən. Bir də, eyni zamanda, əlavə hansı tədbirlər görülməlidir, mənə bu barədə də məlumat verilir. Əgər sizin hansısa sualınız, yaxud da ki, istəyiniz varsa, mənə deyin. Mən çalışacağam ki, onu həll edim.

Çox sağ olun.  

X X X

Goranboy Rayon Ağsaqqallar Şurasının sədri Məzahir ZEYNALOV çıxış edərək dedi:

- Cənab Prezident, mən Sizi bütün goranboylular adından salamlayıram. Sizə Goranboy torpağına xoş gəlmisiniz deyirəm. Çox sevinirik ki, ulu öndərimiz Heydər Əliyev kimi, Siz də Goranboya böyük diqqət və qayğı göstərirsiniz.

Cənab Prezident, ulu öndərimiz müstəqil Azərbaycan dövlətini yaratdı, Siz isə bu dövlətin müstəqilliyini qoruyursunuz, möhkəmləndirirsiniz, onu inkişaf etdirirsiniz. Azərbaycan inkişaf səviyyəsinə görə artıq lider ölkəyə çevrilmişdir. Bütün sahələrdə, - təhsil, mədəniyyət, səhiyyə sahələrində böyük uğurlu inkişaf gedir. Siz özünüz dediyiniz kimi, 4 il bundan əvvəl - 2005-ci ilin may ayında Goranboyda olarkən belə bir söz demişdiniz ki, Goranboy Azərbaycanın qədim torpağıdır, tarixi yeridir. Biz hamımız çalışmalıyıq ki, burada quruculuq, abadlıq işləri daha sürətlə getsin. Sizin bu arzularınız, irəli sürdüyünüz bu gözəl fikirlər artıq Goranboyda öz bəhrəsini verir. Goranboy tamamilə simasını dəyişmiş, inkişaf mərhələsinə qədəm qoymuşdur. Bunların hamısı Sizin diqqət və qayğınız sayəsində olmuşdur. Ona görə də bütün goranboylular adından Sizə dərin təşəkkürümüzü, minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Azərbaycan dövlətinin bu inkişaf mərhələsində, yəni, bayaq qeyd etdiyim kimi, təhsil, mədəniyyət, səhiyyə sahələrində və digər sahələrdə yüksək inkişaf mərhələsində Sizinlə çiyin-çiyinə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanımın da xidmətləri böyükdür. Onun fəaliyyəti çox böyükdür. Ona görə də bütün goranboylular adından çox xahiş edərdim, bizim təşəkkürlərimizi, minnətdarlığımızı Mehriban xanıma çatdırasınız.

Cənab Prezident, Siz ümumxalq hörməti qazanmısınız. Ümumxalq hörmətini, məhəbbətini qazanmaq isə insana verilən ən uca qiymətdir. Arzu edirəm ki, həmişə ucalardan uca olasınız. Həmişə həyatınızda xoşbəxtlik, səadət olsun. Siz elə bir insansınız ki, Sizinlə görüşəndə bizdə hökmən bir ümid yaranır. Doğrudan da, goranboylular Sizi çox sevir, həddindən ziyadə çox sevirlər. Sizin hər gəlişiniz Goranboy üçün böyük uğurlar gətirir.

Möhtərəm Prezidentimiz, qarşıdan müqəddəs Qurban bayramı gəlir, Sizi bu əziz bayram münasibətilə ürəkdən təbrik edirəm. Sizə, Mehriban xanıma, balalarınıza, bütün ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik, səadət arzu edirəm. Biz Sizə arxalanırıq. Biz Sizə güvənirik. Biz Sizinlə fəxr edirik və Sizi əmin edirik ki, həmişə sizinləyik.

X X X

Prezident İlham Əliyev rayon ictimaiyyəti ilə xatirə şəkli çəkdirdikdən sonra regionların sosial iqtisadi inkişafına dövlətin bundan sonra dəstək verəcəyini bildirərək dedi:

- Elə etməliyik ki, bizim ölkəmiz güclənsin. Biz müstəqil dövlətik, bu müstəqillik ən böyük sərvətimizdir. Müstəqilliyi əldə etmək nə qədər çətin olsa da, onu möhkəmləndirmək ondan da çətindir. Müstəqil ölkə olmaq hələ o demək deyil ki, sən müstəqil siyasət apara bilərsən. O qədər müstəqil ölkə var ki: bəziləri başqa ölkələrdən asılıdır, bəziləri indi öz hesabına yaşaya bilmir, bəziləri xarici dəstək hesabına yaşayırlar. Amma bizim xoşbəxtliyimiz ondadır ki, biz rahat yaşayırıq və öz hesabımıza müstəqil həyat sürürük.

Azərbaycan xalqının əsrlər boyu arzuları həyata keçibdir. Biz bu böyük sərvəti qorumalıyıq. Necə? Əməli işlərimizlə - quruculuqla, abadlıqla, sənaye müəssisələrinin yaradılması ilə, iqtisadi inkişafı təmin etməklə. Bunu etmək üçün bütün əhali fəal olmalıdır. Rəhbər işçilərdən çox şey asılıdır. Mən icra hakimiyyəti başçısını işə təyin edərkən dedim ki, sən yerli adamsan, burada doğulmusan, yaşamısan, səni insanlar tanıyırlar, elə et ki, mən səni həmişə dəstəkləyim. Get, bu etimadı doğrult və rayonun inkişafına xidmətini göstər. Siz də kömək edin. Əgər pis işləsə mənə deyərsiniz.

Rayon sakinləri: Çox sağ olun, cənab Prezident! Biz çox razıyıq. Minnətdarıq, çox sağ olun.

X X X

Sakinlərin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edən Heydər parkı rayonun görkəminə xüsusi yaraşıq verir. Ərazidə Ana və Uşaq Evi, Ağsaqqallar Evi, Tarix Diyarşünaslıq Muzeyi, Uşaq Əyləncə Mərkəzi yaradılıbdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək