Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusarın 8 maraqlı görməli yeri

Qusar rayonu 1930-cu ildə, Quba əyaləti bölünərkən yaradılıb. Coğrafi mövqeyinə görə “Şimal qapıları” adlandırılan Qusar şəhəri Azərbaycanın şimalında son böyük yaşayış məntəqəsidir. Güman edilir ki, bu ərazidə insan məskənləri eramızdan əvvəl II minilliyin sonunda meydana gəlib. Burada bu günə qədər müxtəlif dövrlərə aid bir çox tarixi abidələr, eləcə də səyyahlarda böyük maraq doğuracaq görməli yerlər qalmaqdadır.

 

Mixail Lermontovun ev-muzeyi

Monarxiya əleyhinə çıxışları və azadlıqsevərliyinə görə rus şairi Mixail Lermontov (1814-1841) Qafqaza sürgün edilmişdi. 1825-1826-cı illərdə o, Qusarda yaşadı və burada “Qafqaz əsiri” və “Aşıq Qərib: türk nağılı” əsərlərini yazdı.

Görkəmli Azərbaycan yazıçısı və mütəfəkkiri Mirzə Fətəli Axundzadə ilə dostluq edən şair dostu Rayevskiyə məktubunda vurğulayırdı ki, tatar (Azərbaycan) dilini öyrənməyə başlayıb. M.Lermontov qeyd edirdi ki, Asiyada Azərbaycan dilini bilmək Avropada fransız dilini bilmək qədər vacibdir və bu dil geniş yayılıb.

Qusarda Lermontov tanışı (bəzi məlumatlara görə, qohumu), hərbi həkim, polkovnik-leytenant Aleksandr Aleksandroviç Marşevin evində qalıb. Onun keçmiş Dvoryanski küçəsindəki (sonralar Lenin küçəsi) birmərtəbəli evi qalmaqdadır. M.Lermontovun Qusarda olması şərəfinə Marşevin evi qarşısında hündür, ağ daş sütun ucaldılıb. Sütunun üzərində böyük rus şairinin barelyefi və xatirə lövhəsi var. Lövhədə bu şəhərdə qaldığı müddətdə şairin yazdığı məşhur misralar həkk olunub.

 

Qədim Əniğ

Əniğ kəndi rayon mərkəzindən 27 kilometr məsafədə, cənub-qərbdə, Qusarçayın sağ sahilində, Qusar-Zindanmuruq yolunun yanında yerləşir. Doqquz kəndi əhatə edən Qusarçay vadisinə də bu kəndin adı (Əniğ vadisi) verilib. Böyük dağın zirvəsində, təbii maneələrlə qorunan kənddə insanlar ta qədim zamanlardan yaşayıblar. Ərəb dilində yazılmış “Əbu Müslümün tarixi” adlı tarixi xronikada X əsrdə Azərbaycanda mövcud olan bir neçə kəndin, o cümlədən Əniğ kəndinin adı çəkilir. Rəvayətə görə, kənd adını vaxtilə burada yaşamış yerli hakim Əniğ ağanın adından alıb. Digər fərziyyəyə görə, Əniğ hun tayfalarının adı ilə bağlı toponimdir. Əvvəllər “ünüğ” olub, sonra dəyişərək “Əniğ” formasını alıb. 

Şahdağın ətəklərində yerləşən bu strateji əhəmiyyətli kənddə ərəb işğalından qorumaq üçün qala inşa edilib. Dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşən, Salavat aşırımının arxasından, Qusarçayım sağ sahilindən boylanan Əniğ qalası (həmçinin Ənih, Eniğ, Anıx) Qusar rayonunun eyniadlı kəndində yerləşir. Qalanın müdafiə qabiliyyətini daha yaxşı təmin etmək üçün onun memarı ərazinin relyefinin bütün xüsusiyyətlərindən uğurla yararlanıb. Qala dik yamacda, nəhəng təpənin cənubunda yerləşir. Bir vaxtların möhtəşəm istehkam-qalasından bu günə iki fraqment qalıb. Onlardan birincisi 15-16 metr uzunluqda divardır. İkincisi qala qapılarının künc bürcüdür. Divarının eni 2 metr, bürcün diametri təxminən 6 metrdir. Qala qalıqlarının hündürlüyü 5,8-9,3 metrə çatır. Əniğ qalası qaya parçalarından və çay daşlarından inşa edilib. Gürcü dilində yazılmış “Xronoqrafi” kitabındakı (XIV) məlumatlara əsasən, IX əsrdən mövcud olan Əniğ qalasının 1288-ci ildə dağıdıldığını təxmin etmək olar.

Yerli əhali bu gün də hesab edir ki, qala xristianlarla müsəlmanlar arasında müharibə zamanı məhv olub. 1288-ci ildə Qızıl Orda qüvvələrinə qarşı döyüşdə Hülakü dövlətinin hökmdarı Arqun xanın ordusunda xidmət edən gürcü-xristianlar Əniğ qalasının müdafiəçilərinin arasında olub.

 

Qusarın Tac Mahalı

Kəndin mərkəzində yerləşən məscid Hindistandakı Tac Mahala bənzədiyinə görə belə adlanır. Əniğdə təmtəraqlı, dəbdəbəli evlər tikmək adəti çoxdan var. Deyilənlərə görə, bu məscidi tikdirən adam Hindistana səyahət zamanı Tac Mahalı görüb və öz kəndində buna bənzər məscid tikdirməyə qərar verib. Hərçənd çiy kərpicdən tikilən məscidin əslində, 300-ə yaxın yaşı olduğunu söylənilir. Məscidin üzərindəki lövhədə qeyd olunub ki, o, XIX əsrdə tikilib. İbadətgahın divarlarındakı rəsmlər diqqəti çəkir. Bu rəsmlər yenilənməsə də, rənglər parlaqlığını itirməyib. Rəsmlər natural, təbii bitki köklərindən əldə edilən boyalarla çəkilib.

 

Həzrə kəndi

XV əsrdə Şirvanda, onun şimal-şərq vilayətlərində dinclik Səfəvi sülaləsinə mənsub Şeyx Cüneyd və onun oğlu Heydər tərəfindən pozuldu. Şirvanı istila etmək niyyətində olan Şeyx Cüneyd Kür çayını keçərək Şirvan dövlətinin hüdudlarına daxil oldu. Şirvanşah Xəlilullah onun qarşısını kəsdi.1460-cı ildə Samur çayının sol sahilində yerləşən Qıpçaq kəndində baş verən döyüşdə qızılbaş qoşunları məğlubiyyətə uğradı, Şeyx Cüneyd isə həlak oldu. Şeyxin müridləri onun cənazəsini Samur çayının sağ sahilinə gətirərək Gülxan kəndində dəfn etdilər. Söhbət rayon mərkəzindən 53 kilometr məsafədə yerləşən Qusarın Həzrə (yerli əhali onu Yarqun adlandırır) kəndindən gedir. 

Həzrə kəndi pəhləvanları ilə məşhurdur. Burada indiyədək ənənəvi “Sim pəhləvan” yarışları keçirilir. Bu yarışlar milli bayramların ayrılmaz hissəsidir.

 

Şeyx Cüneyd türbəsi

Şah İsmayıl Xətainin babası olan Şeyx Cüneydin şərəfinə ucaldılmış türbə Qusarın ən mühüm tarixi-memarlıq abidələrindən biri sayılır. 

Artıq qeyd edildiyi kimi, Şeyx Cüneyd döyüşdə həlak olub və Həzrə kəndində dəfn edilib.

Məzarı üzərində türbə yəqin ki, daha sonralar tikilib. Abidənin fasadındakı kitabə də buna sübutdur. Şeyx Cüneydin cəsədinin qalıqlarının XVI əsrdə Ərdəbilə köçürülməsi barədə məlumatlar var. Bununla bağlı güman etmək olar ki, qalıqlar türbə tikildikdən xeyli sonra köçürülüb. Türbənin tikildiyi vaxt Səfəvilərin artıq qüdrətli hökmdarlar olduğunu nəzərə alsaq, deməli, tam mümkündür ki, Səfəvilər sülaləsinin möhkəmlənməsi uğrunda mübarizədə həlak olmuş əcdadının qalıqlarını köçürdükdən sonra Şah Təhmasib tikiliyə türbə xarakteri verərək onu Şeyx Cüneydə abidə kimi inşa etdirib.

Türbənin yaxınlığında qədim qəbiristanlıq yerləşir. Deyilənə görə, orada həlak olan döyüşçülər dəfn edilib.

 

Laza kəndi

Ləzgicə ona Latsar deyirlər. Dağların arasındakı dərədə yerləşən kənd iki hissədən ibarətdir. Kəndin ikinci hissəsi dağın o biri yamacında, Qəbələ rayonu ərazisində, Dəmirçayın sahilində yerləşir. Deyirlər ki, kəndin sakinləri məhz oradan köç edərək yeni məskən salıb və bu yeri Laza adlandırıblar. 

Laza kəndi Böyük Qafqaz sıra dağlarının, “Şah yaylaq” və Şahdağ zirvəsinin (4242 metr) ətəklərində yerləşir. Dəniz səviyyəsindən 1300 metr hündürlükdə, Böyük Qafqaz sıra dağlarının aşırımlarından keçən karvan yollarının üzərində yerləşən kəndin ətrafı çox mənzərəlidir, qayalardan şəlalələr axıb tökülür.

Kənddə etnik ləzgilər yaşayır. Əcdadları leqlərin tarixi Azərbaycan ərazisindəki ən qədim dövlətlərdən biri olan Qafqaz Albaniyası ilə bağlıdır.

Sakinlər yüksək dağ kəndlərinə xas həyat sürür. Hər birinin təsərrüfatı var, quş, iri və xırdabuynuzlu heyvan saxlayırlar.

Laza kəndində ən məşhur tarixi abidə kəndin mərkəzində yerləşən 300 yaşlı məsciddir. Laza Azərbaycanda turistlərin ən çox üz tutduqları kəndlərdən biridir. Yay-qış kənd qonaqla dolu olur. Xüsusilə bura əcnəbilər çox gəlir. Onlar yerli əhalinin xüsusi olaraq öz həyətlərində tikdiyi otaqlarda yaşayır.

Kənd 26 evdən ibarətdir, 130 sakini və dörd illik təhsil verən məktəbi var.

 

“Suvar” Dağ-Turizm Mərkəzi

Bu mənzərəli yer Lazadan iki kilometr aralıda yerləşir. Azərbaycanın ən yüksək dağ turizm mərkəzi qış aylarında da fəaliyyət göstərir. Şahdağın ətəyində, dəniz səviyyəsindən 1850 metr yüksəklikdə salınmış mərkəzin ərazisi hər tərəfdən dağlarla əhatə olunub. Süni göl əraziyə xüsusi yaraşıq verir. 

Dağ yürüşlərinə çıxmaq, hündürlüyü 4000 metrdən çox olan zirvələri fəth etmək istəyənlər “Suvar” Dağ-Turizm Mərkəzində çalışanlardan yardım ala bilərlər. Həmçinin dağların ən yaxşı bələdçiləri sayılan və bu yerlərin hər qarışına bələd olan yerli kənd sakinlərinə də müraciət etmək olar. Onlar sizi 3000 metr yüksəklikdəki Şah yaylağa və Şahnabat yaylağına, yaxud 4243 metr hündürlüyə malik Şahdağ zirvəsinə, eləcə də Qızıl-Qaya massivindəki Heydər Əliyev zirvəsinə (3751 metr) çıxara bilərlər. Atla gəzintiyə çıxmaq istəyənlərin Yarudağa ikigünlük səfər etmək imkanı var.

 

Şahdağ Qış-Yay Turizm Kompleksi

Qışda Azərbaycanın bu ən yüksək nöqtəsinin təbiəti bənzərsiz dərəcədə gözəl olur. Artıq noyabrdan yağmağa başlayan qar mart ayınadək ərimir. Buradakı Şahdağ Qış-Yay Turizm Kompleksində qış idman növləri - xizək və snoubord sürmək, alpinizmlə məşğul olmaq üçün hər cür şərait var. Kompleksin ərazisində otel, restoran, xizək avadanlığı satışı və kirayəsi, habelə xizək məktəbi fəaliyyət göstərir.

Şahdağ Qış-Yay Turizm Kompleksi ilboyu işləyir. Xizək mövsümü burada mart ayına qədər davam edir, yayda isə kompleks dağ istirahəti həvəskarları üçün qapılarını açır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib