Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusarda şəhid Sərvər Abdulkərimovun büstü açılıb

Qusar, 11 iyun, Elxan Yusifli, AZƏRTAC

Şəhid Sərvər Abdulkərimovun adını daşıyan Qusar rayon Balaqusar kənd orta məktəbinin qarşısında qəhrəman döyüşçünün büstü qoyulub.

Büstün açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin, rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid Sərvər Abdulkərimovun ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və məktəbin kollektivi iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edənlər Birinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış Sərvər Abdulkərimovun həyat və döyüş yolundan danışıb, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açıblar. Sərvər kimi qəhrəman oğullarımızın qisasının alındığı, torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyev və güclü ordumuz sayəsində işğaldan azad olunduğu bildirilib. Qeyd edilib ki, ölkəmizdə şəhid olan hər bir hərbi qulluqçunun adı əziz tutulur, onların xatirəsi əbədiləşdirilir, ailəsi isə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunur.

Sərvər Zeynəddin oğlu Abdulkərimov 1963-cü il dekabrın 16-da Qusar rayonunun Balaqusar kəndində doğulub. Birinci Qarabağ müharibəsində ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 7-də xalqa müraciətindən sonra yaradılan Quba-Qusar batalyonuna könüllü qoşulub. Batalyonun tərkibinə qısa müddətdə 500-ə yaxın Vətən oğlu daxil olub. Ermənistanın hərbi qüvvələrinə qarşı amansız döyüşlərə atılan batalyonun üzvləri cəbhə bölgəsində qəhrəmanlıqları ilə ad çıxarıblar.

Sərvər Abdulkərimov 1993-cü il dekabrın 27-də Füzuli rayonu ərazisində yerləşən Şişqaya uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid olub.

Şəhidin həyat yoldaşı Şahzadə Abdulkərimova və qızı Ruqiyyə Hüseynova ailələri adından onlara hər cür dəstək göstərən Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən həyat yoldaşı ilə fəxr etdiyini deyən Ş.Abdulkərimova qeyd edib ki, dövlətimiz Sərvər kimi oğulların qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirir. Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq.

Şəhidin nəvələri Sərvər və İlknur hazırda Sərvər Abdulkərimovun adını daşıyan Balaqusar kənd orta məktəbində təhsil alırlar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizinin səviyyəsinin 2050-ci ildən sonra yüksəlməsi ehtimal olunur

Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib

Avropa Mərkəzi Bankı avrozonada maliyyə riskləri ilə bağlı xəbərdarlıq edib

AzTU Fənlərarası Elm Reytinqdə yer alıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində nümunəvi tələbələrin valideynləri mükafatlandırılıb

DİM dövlət qulluğu üzrə imtahan verəcək namizədlərə müraciət edib

® “Birbank”ın “Böl-ödə” krediti ilə 15 min manatadək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

CECECO Türkiyənin Külək Enerjisi Assosiasiyası ilə memorandum imzalayıb

Ayxan Abbasov: Yeni müqavilə məsələsini AFFA rəhbərliyi ilə müzakirə edəcəyik

Azərbaycan Qazaxıstanla aqrar sahədə təcrübə mübadiləsi aparıb

İlk dəfə yığmaya dəvət alan futbolçu: Kumirim Kriştianu Ronaldudur - MÜSAHİBƏ

Konqoda Ebola epidemiyası rekord sürətlə yayılır və ölüm halları artır

Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir

Hacı İsmayılov: Teatr Xadimləri İttifaqının əsas məqsədi Azərbaycan teatrının inkişafına töhfə verməkdir

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB

Antalya hava limanında Azərbaycanın Türkiyəyə qardaşlıq dəstəyini əks etdirən əsər diqqət çəkir

Sankt-Peterburqda Azərbaycan dili və müasir nəsrinə dair kitablar təqdim olunub

Milli Azərbaycan Tarixi Muzeyində Nadir şah dövrünün əyanlarına məxsus çəpkən qorunur

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub

Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba xəbərdarlığı edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Xəzər regionu ilə Avropa arasında yaşıl enerji körpüsünə çevrilir - AÇIQLAMA

Ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün imtahana qeydiyyat elan olunur

CECECO və ECOSF təmiz enerji sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalayıblar

Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb

İqtisadiyyat nazirinin Ağcabədidə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

COP31-in rəngarəng anları FOTOLARDA

“Bursaspor”: Toral Bayramova bir neçə ölkədən təkliflər var - EKSKLÜZİV

Qədim Bərdənin zəngin tarixi və memarlıq incisi – “Allah-Allah” türbəsi

“Şuşa - İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilir

Azərbaycan və macar dillərində ifa olunan “Pəncərə” mahnısına videoklip çəkilib VİDEO

Azərbaycan və macar dillərində ifa olunan “Pəncərə” mahnısına videoklip çəkilib VİDEO

Bakının ruhunu yaşadan memarlıq inciləri - FOTOREPORTAJ

İordaniyada helikopter qəzasında beş zabit xəsarət alıb

İnformasiya Texnologiyaları İnstitutunda şagirdin süni intellekt və IoT əsaslı layihəsi təqdim olunub

Mərkəzi Bankın nümayəndələri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

“AzerGold”un bölgələrdə formalaşdırdığı qabaqcıl KSM təcrübəsi Balakəndə də tətbiq ediləcək

Əyyub Quliyev: Beynəlxalq musiqi platformasında Azərbaycanı təmsil etmək qürurverici idi

AVRO-2028: Azərbaycan millisinin rəqibləri ilə bağlı səfər məhdudiyyətləri müəyyənləşib

Professor İsmayıl Məmmədlinin 80 illik yubileyi qeyd olunub

Kreml: APEC sammitində Putin ilə Tramp arasında tammiqyaslı danışıqlar gözlənilmir

Peşə Təhsili Forumu: Əmək bazarının yeni tələbləri və insan kapitalı

Botanika İnstitutu: Xarıbülbülün təbii mühitindən çıxarılması onun məhvinə səbəb ola bilər

Fransada etirazlar başlayandan 7184 nəfər polis nəzarətinə götürülüb, 466 etirazçı həbs olunub

BDU-nun nümayəndə heyəti Astanada III Beynəlxalq Strateji Tərəfdaşlar Forumunda iştirak edir

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub

Azərbaycan idmançıları muaytay üzrə dünya çempionatında üç medal qazanıblar

Bakının Sabunçu rayonunda evlərdən oğurluq edənlər saxlanılıblar

Sumqayıt Sənaye Parkında karton və kağız tullantılarının təkrar emalı müəssisəsi yaradılacaq

“Aston Villa” Amadu Onana ilə yeni müqavilə imzalayıb

Hesablama Palatasının növbəti il büdcəsinə dair məlumat ölkədə ilk dəfə nəticəəsaslı büdcə prinsipləri əsasında təqdim olunub

Zərərli qidalar uşaqların zehni sağlamlığına və idrak qabiliyyətinə mənfi təsir göstərir

Ekspert: COP31-in iqlim maliyyələşdirilməsi gündəliyi tamamilə bloklanıb

Azərbaycan Avropa ilə regional və regionlararası əməkdaşlığın mühüm tərəfdaşıdır - ŞƏRH

Mərkəzi Bank “ROX Capital Group” ilə gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıb

Qərbi Kaspi Universiteti beynəlxalq reytinqdə mövqeyini möhkəmləndirir

NASA-nın “Voyager-1” zondu kosmosda 49 il ərzində 26 milyard kilometr məsafə qət edib

Hava limanında itmiş baqajların izi ilə: Əşyalar sahiblərinə necə qaytarılır? - REPORTAJ VİDEO

Hava limanında itmiş baqajların izi ilə: Əşyalar sahiblərinə necə qaytarılır? - REPORTAJ VİDEO

Böyük Britaniyada onlarla xərçəng xəstəsinə illərlə normadan artıq kimyaterapiya tətbiq edilib

“Real Madrid” Arda Güler ilə müqavilənin müddətini uzadıb

Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqlənib

Süni intellekt dövrünün yeni bölgüsü: texnoloji elita formalaşır, işsizlik riski artır VİDEO

Süni intellekt dövrünün yeni bölgüsü: texnoloji elita formalaşır, işsizlik riski artır VİDEO

Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

® “PlayStation 5” udmaq istəyirdi, “Changan Q07” qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının qalibi danışdı

Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər

“Globe Soccer Awards” 2026-cı il üzrə ən yaxşı futbolçu mükafatına namizədləri açıqlayıb

DİM aqrar sığorta fəaliyyəti üzrə ekspert imtahanı keçirib: 9 nəfər uğur qazanıb

Aksiyalardan yorulan Fransa polisi mövcud vəziyyətə etiraz edir

Ekspert: Nəqliyyat vasitələrinin texniki vəziyyəti daim diqqətdə saxlanılmalıdır

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan postmüharibə dövrünü yeni intibah mərhələsinə çevirib – ŞƏRH

Azərbaycan millisi FIFA reytinqində mövqeyini yaxşılaşdırıb

bp ilə Avropa və Asiya arasında elektrik enerjisi bağlantılarının inkişafı barədə fikir mübadiləsi aparılıb

Qazaxıstan “Aral-Xəzər” nəqliyyat dəhlizi layihəsini təqdim edib

Britaniyada enerji xərclərinin illik 443 funt sterlinq artacağı proqnozlaşdırılır

Lüks brendlər “Bond 007” haqqında yeni filmdə yer almaq uğrunda mübarizəyə girişib

Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə

Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə

Bu gün Ümumdünya Coğrafi İnformasiya Sistemləri Günüdür

® “Birbank Private” “PWM” və “The Banker” tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

Şahin Babayev: Yaxın gələcəkdə İT və kibertəhlükəsizlik mütəxəssislərinə tələbat artacaq

Emin Əmrullayev: İxtisas seçimi yalnız qəbul balına əsaslanmamalıdır

Süni intellekt peşə təhsilinə hələ ciddi təsir göstərmir – Anar Əliyev

Nazir: 2030-cu ilədək peşə hazırlığına cəlb olunanların sayı 25 minə çatdırılacaq

Rafiq Danakari: Amaras monastırını ziyarət etməkdən çox məmnunuq VİDEO

Rafiq Danakari: Amaras monastırını ziyarət etməkdən çox məmnunuq VİDEO

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Anar Əliyev: Minimum əməkhaqqının artırılması özəl sektorda da maaş artımına təkan verir

Türkiyənin COP31-də qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

Böyük Qayıdış Azərbaycanın postmüharibə strategiyasının əsas istiqamətlərindən biridir – ŞƏRH

Hazırda 1397 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur - BİRGƏ MƏLUMAT

“Gəncə” amerikalı basketbolçunu transfer edib

Nazir: Sertifikasiyada işdən azad edilən müəllimlərin böyük hissəsi ibtidai sinif müəllimləri olub

AzTU dünyanın dayanıqlı universitetləri siyahısında: “Təhsilin təsiri” üzrə ölkə birincisidir

ABŞ Prezidentinin Çinə səfəri başlayıb VİDEO

ABŞ Prezidentinin Çinə səfəri başlayıb VİDEO

Özbəkistan Aral dənizi quruduğuna görə ekoloji fəlakətlə üzləşən bölgəyə 5 milyard dollar investisiya ayırır

Emin Əmrullayev: Baza bilikləri sonrakı təhsil pillələrinin keyfiyyətinə birbaşa təsir göstərir

Vladimir Putin ABŞ Prezidenti ilə danışıqlar ərəfəsində Çində bir sıra görüşlər keçirir

Sabah havanın temperaturu 21 dərəcəyə yüksələcək - PROQNOZ VİDEO

Sabah havanın temperaturu 21 dərəcəyə yüksələcək - PROQNOZ VİDEO

SABAH.city elmi tədqiqatların kommersiyalaşdırılması məqsədilə “Venture Scientist” proqramına start verib

Yol şəraitinə məhəl qoymayan sürücü və sərnişin faciə qurbanı oldular VİDEO

Yol şəraitinə məhəl qoymayan sürücü və sərnişin faciə qurbanı oldular VİDEO