Qusarda restoran icarədarı həbs edilib
Qusar, 10 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində olan restoranlardan birində rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsini müəyyən edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun rəsmi portalda qeydiyyatda olmayan toy mərasimi təşkil etdiyi aşkarlanıb.
Qusar rayon məhkəməsinin qərarı ilə restoranın icarədarı F.Xəlilov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati qaydada həbs edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [12:05]
İki fəslin görüşdüyü məkan – Şahdağ Milli Parkı VİDEO
- 19.11.2026 [10:25]
Naxçıvanda daşınmaz əmlak sahəsində 11 min 746 elektron müraciət daxil olub
- 19.11.2026 [10:17]
Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20 faizdən çox artıb
- 19.11.2026 [10:03]
Naxçıvanda 1088 daşınmaz əmlak obyektinə yeni ünvan verilib
- 19.11.2026 [01:41]