Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Bakı, 15 iyun, AZƏRTAC

İllər öncə Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə gənclər arasında keçirdiyi “Müasir Azərbaycan-20” adlı müsabiqəyə “Mənim yaşıdım” adlı yazı ilə qatıldım. Qaliblər sırasında yer almağımı bu gün də böyük iftixar hissi ilə xatırlayıram. Aradan illər keçdi. O yazıya yenidən baxanda gördüm ki, zaman dəyişib, Azərbaycan böyüyüb, dövlətimiz daha da qüdrətlənib, bir vaxtlar arzu kimi yazılan cümlələr bu gün tariximizin ən şərəfli həqiqətinə çevrilib.

Bu fikirlər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Aygül Bağırovanın AZƏRTAC-a təqdim etdiyi məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Mən Azərbaycanın müstəqillik nəfəsini uşaqlıq yaddaşında daşıyan nəslin nümayəndəsiyəm. Şəxsiyyət vəsiqəmin lap yuxarısında böyük hərflərlə yazılan “AZƏRBAYCAN RESPUBLİKASI” kəlməsi mənim üçün sənəd üzərindəki rəsmi ifadədən artıqdır. Bu söz mənim taleyimin, kimliyimin, qürurumun adıdır.

1993-cü ilin o ağır dönəmlərində mənim 8 yaşım vardı. Uşaq idim. ölkənin üzərindən keçən narahatlığı, evlərdəki nigaran söhbətləri, böyüklərin üzündəki qayğını tam dərinliyi ilə anlamırdım. Ancaq insanın uşaqlıq yaddaşı qəribədir: sözlərin mənasını sonradan anlayırsan, həmin günlərin havası, həyəcanı, səsi, qorxusu ruhunda qalır.

Mən Gəncədə doğulub böyüyən bir uşaq kimi o illərin ağrılarını daha yaxından hiss etmişəm. 1993-cü ilin Gəncəsi mənim yaddaşımda uşaqlığın qayğısız çağları kimi qalmayıb; qorxu, silah səsləri, çaşqınlıq, evlərə çökən nigaranlıq, böyüklərin üzündəki səssiz narahatlıq kimi qalıb. Sürət Hüseynovun silahlı dəstələrinin özbaşınalığı elə həddə çatmışdı ki, insan həyatı bir anın içində təhlükə ilə üz-üzə qalırdı. Mən bunu hər zaman böyük kədərlə xatırlayıram: atamgil yolda bir maşını ötdüklərinə görə maşının içində güllə atəşinə tutulublar. Bu hadisə mənim uşaq yaddaşımda dövlətin zəiflədiyi, qanunun susduğu, insanların taleyinin silahlı dəstələrin ixtiyarına buraxıldığı ağır günlərin simvolu kimi qalıb. O illərdə Gəncədə yaşananlar bir şəhərin ağrısından qat-qat böyük idi; bütöv Azərbaycanın taleyindən keçən sarsıntı idi. Gəncədə axşamlar silah səslərindən, qruplaşmalar arasındakı atışmalardan insanlar çölə çıxmağa çəkinirdilər. Şəhərin üzərinə elə bir qorxu çökmüşdü ki, hava qaralan kimi qapılar bağlanır, pəncərələrdən süzülən işıqlar belə ehtiyatla yanırdı. Xatirimdədir, insanlar gecədən çörək növbəsinə dayanırdılar. Bir tikə çörək üçün saatlarla gözləyən anaların, ataların, uşaqlarını sinəsinə sıxıb növbədə duran qadınların yorğun baxışları o illərin ən ağır mənzərəsi kimi yaddaşıma həkk olunub. Uşaq idim, amma anlayırdım ki, şəhərin sükutu adi sükut deyildi; bu, qorxunun, narahatlığın, sabaha inam axtaran insanların sükutu idi.

O günlərdə hər ailənin qapısında bir nigaranlıq, hər evin içində bir dua vardı. İnsanlar dövlətin gücünü, qanunun hökmünü, sabitliyin dəyərini o ağır günlərdə daha dərindən hiss edirdilər. Dövlət dayaqları laxlayanda, qanun gücünü itirəndə, insan öz doğma yurdunda təhlükənin nəfəsini duyanda bir xalqın xilasa necə ehtiyac duyduğunu daha dərindən anlayırsan. Mən bu gün 15 İyunun böyüklüyünü məhz o səkkiz yaşlı uşağın yaddaşı ilə də ölçürəm. Məhz buna görə mən Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını insanların nəfəsinə rahatlıq, evlərə ümid, küçələrə əminlik, dövlətə yenidən güvən qiymətləndirirəm. Çünki həmin uşaq xaosun nə olduğunu görüb, dövlətin varlığının insan həyatı üçün necə böyük nemət olduğunu illər sonra daha aydın dərk edib.

O illər Azərbaycan üçün taleyüklü illər idi. Dövlətin varlığı böyük sınaq qarşısında idi. Xalqın sabaha inamı ilə dövlətin xilası arasında nazik, lakin müqəddəs bir körpü yaranırdı. Həmin körpünün adı Heydər Əliyev idi.

15 İyun həmin körpünün tarixə çevrildiyi gündür.

O gün xalq öz taleyini müdrikliyə, qətiyyətə, dövlətçilik zəkasına etibar etdi. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı uçurumun kənarından aldı, dövlətçiliyimizi qorudu, sabitliyin, birliyin, milli dirçəlişin əsasını qoydu. Həmin gün Azərbaycan tarixində adi siyasi tarix kimi qalmadı; bir xalqın qurtuluş duasına çevrildi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan sanki ağır nəfəsdən sonra yenidən dirçəldi. Ölkədə sabitlik bərpa olundu, dövlət idarəçiliyində möhkəm nizam yarandı, qanunun aliliyi dövlət həyatının əsas dayağına çevrildi. Silahlı qarşıdurma təhlükəsi aradan qalxdı, xalqın sabaha inamı qayıtdı, Azərbaycan parçalanma təhlükəsindən xilas olaraq vahid dövlətçilik xətti ətrafında birləşdi. Məhz həmin qayıdışdan sonra ölkənin nəfəsi dəyişdi: qorxunun yerini inam, pərakəndəliyin yerini birlik, ümidsizliyin yerini quruculuq ruhu aldı.

Mən Azərbaycanımı çox sevirəm. Çünki bu Vətən mənim uşaqlığımın ağrılı xatirəsindən gəncliyimin quruculuq sevincinə, bu günümün Zəfər qüruruna qədər ömrümün bütün mərhələlərindən keçib. Mən bu ölkənin necə ayağa qalxdığını, necə böyüdüyünü, necə gücləndiyini görən nəsildənəm. Bir vaxtlar “Müstəqil Azərbaycan” deyəndə qəlbimizdə həm sevinc, həm nigaranlıq vardı. Bu gün isə həmin sözlərdə bütöv bir qüdrət dayanır. Azərbaycan artıq regionun söz sahibi, beynəlxalq aləmdə nüfuzlu dövlət, güclü ordusu, möhkəm iqtisadiyyatı, zəngin mədəniyyəti, milli dəyərləri, elmi, təhsili, gəncliyi və müasir inkişaf yolu ilə seçilən bir ölkədir.

Müstəqilliyin ilk illərində xalqın içində bir sual vardı: bu dövlət ayaqda qalacaqmı? Bu gün o sualın cavabını tarix özü verib. Azərbaycan ayaqda qalıb, Azərbaycan güclənib. Azərbaycan qalib xalq kimi dünyaya meydan oxuyur.

Bu gün 15 İyun haqqında düşünəndə o tarixdə başlanan böyük dövlətçilik yolundan danışırıq. O yol Ulu Öndərin ideyaları ilə başladı, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və liderlik məharəti ilə Zəfərə çatdı.

Heydər Əliyev Azərbaycanı xilas etdi.

İlham Əliyev Azərbaycanı qalib ölkə etdi.

Bu iki cümlənin içində çağdaş tariximizin ən böyük həqiqəti dayanır. Mən vaxtilə yazırdım ki, doğma Qarabağa getmək arzusu qəlbimi daim yaşadır. Böyüklərimin, valideynlərimin söhbətlərindən Qarabağın xəyali obrazını gözlərim önündə canlandırırdım. Ağdamı, Şuşanı, Laçını, Kəlbəcəri, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını xəritədə axtarırdıq, xəbərlərdə dinləyirdik, dualarımızda yaşadırdıq. Biz Qarabağı xəyallarda sevən, Qarabağın həsrəti ilə böyüyən nəsil idik.

Bir vaxtlar “Qələbə paradını görəcəyik” deyə arzu edirdik. Bu gün Azadlıq meydanında Qələbə paradının qürurunu yaşayan xalqıq. Bir vaxtlar “bu bayrağın altından keçib Qarabağa gedəcəyik” deyə yazırdıq. Bu gün üçrəngli bayrağımız Qarabağın dağlarında, şəhərlərində, kəndlərində dalğalanır. Bu, adi tarixi hadisə çərçivəsinə sığmayan məsələdir. Bu, bir xalqın 30 illik həsrətinin göz yaşına, duasına, səbrinə, şəhid qanına, əsgər hünərinə, Ali Baş Komandanın qətiyyətinə yazılan möhtəşəm cavabdır. Uşaqlığımız Qarabağ həsrəti ilə keçdi. Övladlarımızın gəncliyi azad Qarabağın qüruru ilə böyüyür.

Bu fərq bir millətin taleyində əsrlərə bərabər dəyişiklikdir.15 İyun Milli Qurtuluş Gününün böyüklüyü də buradadır. Həmin gün qorunan Azərbaycan dövlətçiliyi bu gün Zəfər salnaməsini yazan, öz torpağını azad edən, suverenliyini tam bərpa edən qüdrətli dövlətə çevrilib. Qurtuluşdan Zəfərə aparan yolun başlanğıcı məhz həmin tarixi gündən keçdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanma təhlükəsindən qurtarıb vahid dövlət məfkurəsi ətrafında birləşdirdi. O, xalqın özünə inamını qaytardı. O, dövlətin sütunlarını möhkəmləndirdi. O, ordunun, iqtisadiyyatın, təhsilin, mədəniyyətin, milli ideologiyanın təməlini yenidən qurdu. O, Azərbaycan adlı müqəddəs evi qorudu və onu etibarlı əllərə əmanət etdi. Bu etibarlı əllər həmin evi möhkəm qalaya çevirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada öz sözü, öz mövqeyi, öz gücü ilə tanınan dövlətə çevrildi. Bakıdan bölgələrə uzanan yollar, yenilənən şəhərlər, abadlaşan kəndlər, müasir məktəblər, səhiyyə ocaqları, idman kompleksləri, mədəniyyət mərkəzləri bu inkişafın gözlə görünən tərəfidir. Amma bu inkişafın daha böyük mənası var: Azərbaycan insanı öz dövlətinə güvənir, öz sabahına inanır, öz bayrağının kölgəsində başı uca yaşayır.

Bu gün Bakının küçələrində gəzdikcə, Heydər Əliyev Mərkəzinin işıqlı memarlığına baxdıqca, Dənizkənarı Milli Parkda Xəzərin nəfəsini dinlədikcə, Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımızın əzəmətini gördükcə, insanın içindən bir səs keçir: bu Vətən çox əzizdir, bu dövlət çox qiymətlidir.

Bölgələrimizə səfər edəndə də eyni hissi yaşayıram. Şəki, Qəbələ, Quba, Şamaxı, Lənkəran, Astara, Masallı, Lerik... Hər bölgənin öz nəfəsi, öz gözəlliyi, öz insanı, öz ruhu var. Bu torpağın təbiəti Tanrının lütfüdür. Bu torpaqda qurulan yollar, məktəblər, mədəniyyət ocaqları, sosial layihələr isə dövlət qayğısının, insan zəhmətinin, sabaha inamın bəhrəsidir.

Bu gün Azərbaycanın inkişaf xəritəsinə azad Qarabağın bərpası da əlavə olunub. Füzulidə hava limanı, Zəngilanda yeni yaşayış məntəqələri, Laçına qayıdan həyat, Şuşanın yenidən dirçələn mədəni nəfəsi, Ağdamın xarabalıqdan böyük quruculuq meydanına çevrilməsi qəlbimizdə ayrıca bir qürur yaradır. Qarabağ artıq dirçəlişin, qayıdışın, Zəfərin, böyük gələcəyin ünvanına çevrilib.

Mən bu gün 15 İyun haqqında yazanda səkkiz yaşlı o uşağı da xatırlayıram. O uşaq ölkəsində nə baş verdiyini tam dərk etmirdi. Amma bu gün yetkin bir Azərbaycan vətəndaşı kimi həmin günün mahiyyətini daha dərindən anlayıram: 15 İyunla qorunan dövlətçilik bugünkü güclü Azərbaycanın, qalib Azərbaycanın, azad Qarabağın, bütöv suverenliyin, yüksələn dövlətçilik yolunun başlanğıcına çevrilib.

Fəxri Xiyabana gedəndə Ulu Öndərin məzarı önündə dayanarkən insanın ürəyindən çox söz keçir. Bəzən söz də aciz qalır. Düşünürsən ki, bu millətin taleyinə elə şəxsiyyətlər yazılıb ki, onlar dünyadan köçəndən sonra da Vətənin taleyində yaşamağa davam edirlər. Heydər Əliyev adı bu xalqın dövlətçilik yaddaşında əbədi yaşayır. Onun ideyaları Azərbaycanın bugünkü qüdrətində, hər qaldırılan bayraqda, hər açılan məktəbdə, hər qurulan yolda, hər azad edilən torpaqda, hər qayıdan ailənin gözündə yaşayır.

Bu gün biz 15 İyunu minnətdarlıqla qeyd edirik. Bu minnətdarlıq həm də şəhidlərimizin müqəddəs ruhuna yönəlir. Çünki Qurtuluşdan başlayan dövlətçilik yolu Zəfər zirvəsinə şəhid qanı ilə yüksəldi. O zirvədə Azərbaycan əsgərinin qəhrəmanlığı, qazilərimizin mərdliyi, xalqımızın birliyi, Ali Baş Komandanın iradəsi dayanır.

Bu yol isə Qurtuluşdan Zəfərə, Zəfərdən əbədi dövlətçilik zirvəsinə uzanan müqəddəs yoldur... Bu Vətən artıq qalib Vətən kimi sevilir. Bu Vətən bütöv xəritənin qürurunu yaşayır. Bu Vətən qayıdan xalqın sevincini, qurub-yaradan dövlətin əzmini, gələcəyə inanan gəncliyin gücünü ifadə edir. Bizim borcumuz bu Vətənin qədrini bilməkdir. Müstəqilliyin, dövlətçiliyin, Qurtuluşun, Zəfərin dəyərini anlamaqdır. Gənclər olaraq bu torpağın sabahına biliklə, savadla, zəhmətlə, vətən sevgisi ilə xidmət etməkdir.

Bu gün mən böyük fəxrlə deyirəm: Mən o günün səkkiz yaşlı şahidiyəm. Mən Qurtuluşdan Zəfərə uzanan yolun canlı şahidiyəm. Mən azad Qarabağın qürurunu yaşayan Azərbaycan vətəndaşıyam. Mən qalib ölkənin dövlətin vətəndaşıyam. Və şəxsiyyət vəsiqəmin yuxarısında yazılan “AZƏRBAYCAN RESPUBLİKASI” kəlməsinə baxanda bir daha anlayıram: Tanrının insana verdiyi ən böyük xoşbəxtliklərdən biri məhz müstəqil, qalib, bütöv Azərbaycanın vətəndaşı olmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı alim COP-31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Ordubadda mikroavtobus aşıb, 11 nəfər xəsarət alıb

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir