QUBADA EKOLOJİ SEMİNAR
Layihənin iştirakçılarından biri olan “Piliqrim” qeyri-hökumət ekoturizm təşkilatından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu tədbirlər regional seminarlar və yekun milli məşvərət seminarı keçirməkdən ibarətdir. Seminarlarda qeyri-hökumət ekoloji təşkilatları və hökumət təşkilatlarının nümayəndələri ilə ətraf mühitin mühafizəsi sisteminin yeni siyasətinin tətbiq edilməsi barədə geniş məşləhətləşmələr aparılacaqdır. Elə həmin seminarlarda geniş ictimaiyyətin müvafiq hökumət təşkilatları ilə dialoq prosesinə cəlb edilməsi və aylıq “Ətraf mühit və təbii sərvətlər” jurnalının ümumi məzmununa dair birgə tövsiyələr verilməsi məsələləri müzakirə ediləcəkdir.
Qubada keçirilən seminarda qeyrı-hökumət ekoloji təşkilatlarının nümayəndələri ilə yanaşı, rayon icra hakimiyyətinin, ictimai təşkilatların və bələdiyyə orqanlarının təmsilçiləri də iştirak etmişlər.