Qubada “Adət” tamaşası nümayiş etdiriləcək
Quba, 19 may, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Turqut Özakmanın “Adət” tamaşasını nümayiş etdirəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qastrol səfəri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunacaq.
Tamaşada iki ailə arasında baş verən qan davasının acı nəticələri və bu ədavətə son qoya biləcək sevgidən bəhs olunur.
Qubalı teatrsevərlər “Adət” tamaşasını rayon Mədəniyyət Mərkəzində mayın 23-ü saat 11:00-da izləyə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [21:19]
Biləsuvarda VI Hind quşu festivalı təşkil olunacaq
- 16.11.2026 [21:07]
Culfada baş verən yol qəzasında 72 yaşlı qadın ağır xəsarət alıb
- 16.11.2026 [18:48]
Muxtar respublikada payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb
- 16.11.2026 [17:55]
Naxçıvan təmsilçisi kunq-fu üzrə Azərbaycan birincisi olub
- 16.11.2026 [16:43]
Lənkəranda genişmiqyaslı abadlıq və infrastruktur işləri davam etdirilir
- 16.11.2026 [12:54]