Quba-Xınalıq yolu qardan təmizlənib
Quba, 21 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba-Xınalıq yolu qardan təmizlənib. Yolda qar uçqunu və ya torpaq sürüşməsi qeydə alınmayıb. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur. Yolun 37-47-ci kilometrliklərində bəzi ərazilərdə 3 santimetrədək qar yağıb.
Qubadakı 5 saylı Yol İstismarı MMC-nin rəisi Gülağa Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən gündən yağan qar səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.
Yolların qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin ağır texnika ilə təmin edilən növbətçi briqadaları yola nəzarət edir.
Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Xınalıq yolundan istifadə etməsi tövsiyə olunmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [14:28]
Gəncədə şəhid Rəşad Ələkbərovun xatirəsi anılıb
- 12.11.2026 [12:05]
Hirkan meşələri – təbiətin möcüzəsi VİDEO
- 12.11.2026 [12:02]
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
- 11.11.2026 [21:22]
Xudatda avtomobil yanaraq yararsız hala düşüb
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]