QIRĞIZISTANDA HƏBSXANDAN, DEMƏK OLAR, BÜTÜN MƏHBUSLAR QAÇMIŞLAR
O, koloniya-məskənin ərazisində, əslində, iki məhbusu - bir rus və bir latış görmüşdür. Ombudsman demişdir: “Titul” millətin nümayəndələri necə yoxa çıxmışlar və nə üçün onları tapıb qaytarmırlar - zənnimcə, bu, ağılsıza da aydındır”. Bəkir uulu qeyd etmişdir ki, qaçqın məhbuslar arasında Qırğızıstan vətəndaşları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Azərbaycan, Gürcüstan və başqa ölkələrin vətəndaşları da vardır.
Ombudsmanın fikrincə, respublikada azadlıqdan məhrumetmə yerlərinin belə vəziyyətə düşməsinə səbəb Cəzaların İcrası Baş İdarəsinin əməkdaşları sıralarında korrupsiyanın geniş yayılması, habelə məhbuslar üçün iş yerlərinin tamamilə olmamasıdır. İnsan hüquqları müvəkkilinin sözlərinə görə, koloniya-məskəndə saxlanılan hər bir cinayətkar dövlət büdcəsinə ayda 200 som (təxminən 5 dollar) köçürməlidir. Lakin bu pulu qazanmağa imkanı olmayan məhbuslar “ya qaçmağa, ya da kiminsə qulu olmağa məcburdurlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:10]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [17:26]