QİÇS-Ə BİRGƏ MÜBARİZƏ İLƏ QALİB GƏLMƏK OLAR
AZƏRTAC xəbər verir ki, dekabrın 1-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə Mübarizə Mərkəzi M.Şəhriyar adına Bakı mədəniyyət mərkəzində QİÇS-ə qarşı Beynəlxalq mübarizə günü münasibətilə “Təhlükəsizliyin öz əlindədir!” devizi altında tədbir keçirmişdir.
Tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova mövcud vəziyyət və statistik göstəricilər barədə məlumat vermişdir. O demişdir ki, bütün dünyada 33 milyon insan İİV/QİÇS virusuna tutulmuşdur. Onlardan 3 milyona yaxını uşaqdır.
Azərbaycanda isə son məlumatlara görə, 1232 nəfərin QİÇS-ə yoluxma faktı qeydə alınmışdır. H.Qədirova bildirmişdir ki, “Təhlükəsizliyin öz əlindədir!” devizi ilə müxtəlif maarifləndirmə tədbirləri keçirilir.
Mərkəzin direktoru QİÇS-ə qarşı mübarizəyə dəstək olan bütün nazirlik və idarələrə minnətdarlığını bildirmiş, gələcəyimiz olan uşaqları bu bəladan qorumağın vacibliyini söyləmişdir.
Sonda mədəniyyət və incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]