Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan kəndləri - Dəvəli

Bakı, 30 oktyabr, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırmalar aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” seriyasından növbəti yazısını təqdim edir.

Dəvəli kəndi Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, Böyük Vedi qəsəbəsindən 14 kilometr cənub-qərbdə, İrəvan şəhərindən 48 kilometr aralıda, İrəvan-Naxçıvan-Bakı dəmiryol xəttinin və İrəvan-Naxçıvan avtomobil yolunun üstündə yerləşir.

1828-ci ilə qədər kənddə ancaq azərbaycanlılar yaşayıb, həmin ildən 1988-ci ilə qədər azərbaycanlıların, müsəlman kürdlərinin və ermənilərin yanaşı yaşadığı kənd olub, 1988-ci ildən tamamilə erməniləşdirilib.

“İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Vedi nahiyəsi ərazisində Dəvəli adı ilə iki kənd - Böyük Dəvəli və Kiçik Dəvəli kəndləri qeydə alınıb. “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə bir Dəvəli kəndi qeydə alınıb və dövlətin müxtəlif vergilər şəklində il ərzində kənddən 25 min ağça gəlir götürdüyü göstərilib.

Tanınmış fransız səyyahı Jan Şarden 1711-ci ildə nəşr etdirdiyi məşhur “Səyahətnamə”sində Dəvəlini Dvinlə Sədərək arasında “Qaynar adlı kiçik bir şəhər” kimi qeyd edir. Ərazinin tarixinə dair mənbələrdə Vedibasarda belə bir məntəqə adının olmaması söhbətin qaynar mineral su çıxan Dəvəli kəndindən getdiyi ehtimalını ortaya qoyur.

1826-1829-cu illər Rusiya-İran və Rusiya-Osmanlı müharibələri zamanı böyük dağıntılara məruz qalan Dəvəli kəndində 1832-ci ildə cəmi iki təsərrüfatda 28 nəfər (11 kişi, 17 qadın) azərbaycanlı qeydə alınıb. Kəndin qalan əhalisinin isə 1828-1829-cu illərdə İranın Maku və Salmas qəzalarından köçüb gələn ermənilər (639 nəfərdən ibarət 101 ailə) olduğu və onların kənddəki boşalmış müsəlman evlərində yerləşdirildiyi də həmin mənbədə göstərilib.

Kəndin adının burada vaxtilə çoxlu dəvə saxlanmasından irəli gəlməsi fikri (Sitarə Mirmahmudova) kökündən səhvdir. Kəndin orta əsrlərdə Anadoluda mövcud olmuş Dəvəli bölgəsindən gələnlər tərəfindən salınması qənaəti də (Budaq Budaqov, Qiyasəddin Qeybullayev) natamamdır. Bu qənaət Vedibasar ərazisində türklərin qədimdən yaşaması həqiqəti üzərinə kölgə salır.

Əslində Dəvəli kəndi türk tayfalarından Qacarların bir qolu olan Dəvəlilər tayfasının adını daşıyır. Bu tayfa indinin özündə də Cənubi Azərbaycanın Qaradağ mahalında yaşamaqdadır və xüsusilə Qacarlar sülaləsinin hakimiyyəti dövründə (1796-1925) Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb. XVI əsrə aid bir mənbədə qışı Qarabağda keçirən belə bir tayfa da qeydə alınıb. Şərur rayonunun Gümüşlü kəndinin şimalındakı dağ silsiləsinin Arpaçaya enən yamacında 2 hektar ərazidə X-XVII əsrlərə aid Dəvəli qədim yaşayış yeri də aşkarlanıb.

XVII əsr erməni mənbəyində isə Dəvəli kəndinin adı erməni tələffüzündə Davalonots kimi yazılıb.

Hazırda Azərbaycanda iki yüksəklikdən ibarət palçıq vulkanı da Dəvəlidağ adlanır.

1873-cü ildə Dəvəli kəndində 19 təsərrüfatda 207 (113 kişi, 94 qadın) azərbaycanlı, 24 təsərrüfatda 209 (113 kişi, 96 qadın) müsəlman kürdü, 217 təsərrüfatda 1760 ( 917 kişi, 843 qadın) erməni yaşayırdı.

1886-cı ildə Dəvəlinin azərbaycanlı, kürd və erməni əhalisinin birgə sayı 355 təsərrüfatda 2525 nəfər (1319 kişi, 1206 qadın) olub. Onun 35 təsərrüfatda 263 nəfərini (140 kişi, 123 qadın) azərbaycanlılar, 29 təsərrüfatda 287 nəfərini (143 kişi, 144 qadın) kürdlər, 291 təsərrüfatda 2075 nəfərini (1036 kişi, 939 qadın) isə ermənilər təşkil edib.

Kənddə müsəlman bəy və erməni məliklərinin ailə üzvlərinin sayı 47 nəfər (25 kişi, 22 qadın), erməni dini icmasının nümayəndələrinin sayı isə 45 nəfər olub.

Kənd iqtisadiyyatının əsasında əkinçilik və heyvandarlıq dayanmışdı. Belə ki, kəndin 1693,72 desyatin torpaq sahəsinin 42,65 desyatinini malikanə torpaqları, 65 desyatinini bağ sahələri, 1019,66 desyatinini suvarılan əkin yerləri təşkil edib. Kəndin torpaqları Vedi çayından çəkilən Dəvəli arxının suyu ilə suvarılırdı.

Dəvəli kəndinin Əyricə yaylağında kənddən 50 verst aralıda, 1940 desyatin ərazini əhatə edən Uzunyurd, Əmirxanlar yurdu, Aşağı İkicilər yurdu, Yuxarı İkicilər yurdu adlı yaylaq yerləri olub. Bundan əlavə, kənd icmasının kənddən 5 verst aralıda Abbas-ağıl deyilən yerdə 700 desyatin, 6 verst aralıda Qızıl-ağıl deyilən yerdə 600 desyatin qışlaqları olub.

1905-ci ildə Dəvəli kəndində 159 nəfər, 1914-cü ildə 263 nəfər azərbaycanlı yaşayırdı.

1918-1920-ci illər erməni-müsəlman davası zamanı Dəvəli kəndi hadisələrin ən qaynar nöqtələrindən birinə çevrilib, erməni daşnakları bu kənddən özlərinə dayaq kimi istifadə ediblər. Vedi rayonu ərazisində ən böyük dəmiryol stansiyası burada yerləşdiyindən ermənilər onu əldən vermək istəmir, tez-tez ora zirehli qatar çıxarır, ətraf müsəlman kəndlərini top atəşinə tuturdular. Dəvəli kəndinin müsəlman əhalisi isə tamamilə qovuldu.

Sovet hakimiyyəti illərində kəndin erməniləşdirilməsi siyasəti davam etdirilib. 1922-ci ildə artıq kənddə 1533 nəfər erməninin müqabilində cəmi 3 azərbaycanlı yaşayırdı. 1931-ci ildə kənddə azərbaycanlıların sayı 41 nəfərə çatıb.

1935-ci il yanvarın 1-də kəndin adı dəyişdirilərək Ararat qoyulub.

1949-1950-ci illərdə kəndin azərbaycanlı əhalisinin əksəriyyəti məcburi şəkildə Azərbaycana köçürülüb, yerdə qalanları isə 1988-ci ildə doğma yurdundan qovularaq kənd tamamilə erməniləşdirilib. 1988-ci ildə Dəvəli kəndində yaşayan azərbaycanlıların sayı 30-40 evə çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb