Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qələbəyə aparan yeganə yol ŞƏRH

Qələbəyə aparan yeganə yol  ŞƏRH

Bakı, 27 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilmiş “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. 27 sentyabr milli ruhumuzun mübarizəyə kökləndiyi, milli həmrəyliyimizin ən yüksək səviyyədə özünü nümayiş etdirdiyi və doğma torpaqlarımızı işğaldan azad etmək üçün hərbi-siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu şərəfli bir tarixdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Vətən müharibəsinin başlanma tarixini Qələbəyə aparan yolun təməli adlandıran deputat deyib: “Azərbaycan Ordusu 27 sentyabrdan noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Azərbaycan öz coğrafiyası üçün xain əllərin cızdığı bütün məkrli planları alt-üst edərək öz torpaqlarına sahib çıxdı. Sovet dövründən miras qalmış “Dağlıq Qarabağ” söz birləşməsi leksikondan çıxarıldı, Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidləri təsis olundu. Doğma torpaqlarımız öz sahibinə qovuşmaqla bərabər həm də öz tarixi adlarına qovuşdu”.

Deputatın sözlərinə görə, 30 il ərzində işğal altında qalmış torpaqlarımızda ermənilərin törətdikləri dəhşət və vəhşət hələ uzun illər müxtəlif yönümlü araşdırmaların və dəyərləndirmələrin mövzusu olacaq. Ancaq bir şey bəllidir ki, sivil dünyada yaşadığımızı iddia etdiyimiz bir dövrdə ermənilərin dinc insanlara, işğal etdikləri torpaqlara, bu torpaqlar üzərində insanların alın təri ilə ərsəyə gəlmiş minlərlə tikililərə, o cümlədən bəşəri əhəmiyyət daşıyan tarixi-mədəni abidələrimizə qarşı törədilmiş cinayətlər heç də sivil dünyanın sakinlərinə xas olan hərəkətlər deyildi. Bütün bunları ermənilər bizim torpaqlarımızda, bizim şəhər və kəndlərimizə qarşı və nəhayət bizim xalqımıza qarşı etmişdilər. Nəhayət, onların 2020-ci il 27 sentyabr tarixində cəhd göstərdikləri növbəti hərbi təxribat azadlıq müharibəsinin alovlanması üçün bir qığılcım oldu.

“Atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqla Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Hərbi qulluqçular, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən müharibədə əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın bir yumruq kimi birliyi və ümummilli həmrəyliyimiz düşmən üzərində tam və qəti qələbəmizi təmin etdi. Vətən savaşımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u, yenilməz Azərbaycan Ordusunun dünyaya səs salan şanlı Zəfəri, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Vətən müharibəsindəki qələbəmiz bir daha göstərdi ki, birlik və həmrəylik, iradə və əzmkarlıq Qələbəyə aparan yeganə yoldur.

Vətən müharibəsinin başlandığı 27 Sentyabr gününün dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizə ehtiramın və onların doğmalarına ümumxalq minnətdarlığının təcəssümüdür”, - deyə Cavanşir Feyziyev vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas nəqsədimiz gənclərin insanönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Dövlət Agentliyinin media nümayəndələri üçün təşkil etdiyi təlimdə milli akkreditasiya sistemindən bəhs olunub

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib

ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO

Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq

Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib

COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub

ADAU tələbələri innovativ suvarma layihələrini təqdim ediblər

Oktyabrda qlobal neft təklifi 2,3 milyon barel artıb

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

“TotalEnergies” Azərbaycanda yeni Günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır

Naxçıvanda kommersiya qurumlarının sayı 15,9 faiz artıb

Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlığı: ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir - ŞƏRH

ADPU ilə ABŞ universitetinin ikili diplom proqramı genişləndirilir

Dublin sammiti: Avropanın strateji gündəliyində Bakının yeri TƏHLİL

Həssas qruplara aid daha 50 şəxs sanatoriya-kurort mərkəzinə yola salınıb

Paytaxt məktəblərinin direktorları ilə keçirilən silsilə görüşlərə yekun vurulub

Qlobal və regional çağırışların həllində Azərbaycan modeli: Prezident İlham Əliyev beynəlxalq aləmdə güvənilən Liderdir - TƏHLİL

Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir - ŞƏRH

Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb

On ayda pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri ayda 560 manatlıq məhsul alıb

Azərbaycan beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən dövlətdir ŞƏRH

Doqquz ayda 25,2 milyard manatlıq 4404 repo əqdi bağlanıb

Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb

Mahinur Özdemir Göktaş Azərbaycan pavilyonunu ziyarət edib

® Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Mərkəzi Bank: Doqquz ayda 1648 əqd qeydə alınıb

Tovuzda hamilə qadın bıçaqlanıb, saxlanılan var

Politoloq: “Avropa Siyasi Birliyi”nin sammitindəki görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

Deputat: Birgə Bəyannamə Azərbaycanla Britaniyanın əməkdaşlığının yeni siyasi və institusional mərhələyə yüksəldilməsini ifadə edir

® Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - FOTO

Türk professor: COP31-də Azərbaycan və Türkiyə liderlərinin səmimi münasibəti tarixi qardaşlığın təzahürüdür

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüşüblər

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

Prezidentin Dublin toplantısında iştirakı və görüşləri Azərbaycan üçün bir çox cəhətdən vacib əhəmiyyət daşıyır - TƏHLİL

Milli Məclisin növbəti iclaslarında hansı məsələlər müzakirə olunacaq?

COP31 çərçivəsində Azərbaycan pavilyonunda panel müzakirələr aparılıb

Gövhər Baxşəliyeva: Milli kimliyimizin və mədəni irsimizin qorunması azərbaycançılıq ideologiyasının əsasını təşkil edir

Azərbaycan-Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri - ŞƏRH

İşğaldan azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Dublin Sammitində Azərbaycan amili: Bakı-London strateji tərəfdaşlığında yeni mərhələ - TƏHLİL

Məktəbəhazırlıq qruplarına qeydiyyat və məktəb seçimi davam edir

Qana nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

On ayda əsas kapitala yönəldilən investisiyalar 9,7 faiz artıb

Doqquz ayda Böyük Qayıdış proqramı üzrə 383 layihə icra edilib

Həkim Mahir Həsənov: Əsgərlərimiz yaralı olmasına baxmayaraq döyüşə qayıtmaq istəyirdilər

bp “Azəri-Çıraq-Günəşli”də fəaliyyət göstərən qazma qurğularının sayını 8-ə çatdırmağı planlaşdırır

Peşə Təhsili üzrə Dövlət Agentliyinin metodiki dəstək təlimləri yekunlaşıb

Aslan Kərimov: Millimiz istənilən halda Lixtenşteynə qalib gəlməlidir

Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam etdirilir

Mövsümün son toxum sərgi-satış yarmarkası Kürdəmir rayonunda keçirilib

Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir - ŞƏRH

Düsseldorfta Azərbaycan Evinin yaradılması müzakirə olunub

Aşpaz: İtaliya mətbəxinin özünəməxsusluğu yerli məhsullarda və zəngin ənənələrdədir

Marneulidə azərbaycanlı gənclər üçün idman klubu: Hədəf sağlam gələcəkdir

“Şirvan Aqro” MMC-yə “HALAL” uyğunluq sertifikatı təqdim edilib

Dəmir yolları ilə sərnişindaşımada yüksək göstərici qeydə alınıb

“Xanuma” tamaşası 100-cü dəfə səhnədə

Azərbaycanın Zəfər Günü Sofiyada qeyd olunub

Akademik: Mədəniyyətlərarası dialoqun inkişafı üçün peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir

“Avropa Siyasi Birliyi”nin Dublin Sammiti Azərbaycan-Avropa münasibətlərinin inkişafı baxımından mühüm platformadır - ŞƏRH

Səfir: Azərbaycan və İtaliya mətbəxini ortaq ənənələr birləşdirir

Milli Süni İntellekt Mərkəzinin əməkdaşlığa başladığı ilk elmi müəssisə Kimya İnstitutu olub

“Microsoft” xidmətlərindəki genişmiqyaslı nasazlıq rəqəmsal platformalardan asılılıq məsələsini gündəmə gətirib

Xankəndi sakini 38 il əvvəl özü ilə apardığı göyərçinlərin nəslini doğma şəhərinə qaytarıb VİDEO

Xankəndi sakini 38 il əvvəl özü ilə apardığı göyərçinlərin nəslini doğma şəhərinə qaytarıb VİDEO

Anar Rzayev: Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması vacib məsələlərdəndir

COP31 çərçivəsində CIGET təşəbbüsünə dair birinci Nazirlər Görüşü olub

AICA: Bakıda keçirilən süni intellekt sammiti bu sahədə Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

® “Azercell”in “30 il səninlə” lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir! 

Azərbaycan Avropanın enerji və nəqliyyat təhlükəsizliyində strateji tərəfdaşdır ŞƏRH

Almaniyanın ətraf mühit naziri dünyada “enerji inqilabı”nın baş verdiyini bildirib

Moskvada avtomobil partlayıb, Nikolay Azarovun keçmiş mətbuat katibi ağır yaralanıb

ADSEA sədri Naxçıvan şəhərində vətəndaşlarla görüşüb

BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2026” layihəsinə başlanılıb

Fərid Cəfərov: Bakı Forumu Azərbaycanın beynəlxalq nüfuzunu və mədəniyyətlərarası dialoqa töhfəsini nümayiş etdirir

Azərbaycan və Türkiyə prezidentlərinin görüşləri müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir - ŞƏRH

“Outlook”un qlobal miqyaslı nasazlığı milyonlarla istifadəçini elektron poçtsuz qoyub VİDEO

“Outlook”un qlobal miqyaslı nasazlığı milyonlarla istifadəçini elektron poçtsuz qoyub VİDEO