“Qəbələ”də yeni müdafiəçi
Bakı, 4 iyul, AZƏRTAC
Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
AZƏRTAC xəbər verir ki, qanalı mərkəz müdafiəçisi İsaak Amoah “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub. O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandaları, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon Siedlse” klublarında çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [22:02]
Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib
- 06.11.2026 [20:48]
“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib
- 06.11.2026 [18:56]
Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib
- 06.11.2026 [18:05]
BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb
- 06.11.2026 [17:47]