Qəbələdə bayram tədbiri keçirilmişdir
Qəbələ, 9 mart (AZƏRTAC). 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Qəbələ rayonundakı “Qafqaz Resorte” hotelində tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev bayram münasibətilə tədbir iştirakçılarını, onların simasında rayonun bütün qadınlarını təbrik etmiş, gələcək fəaliyyətlərində və şəxsi həyatlarında yeni-yeni uğurlar arzulamış, onlara gül dəstələri və qiymətli hədiyyələr təqdim etmişdir. Həmçinin, rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup yaşlı qadının ünvanına da rayon icra hakimiyyətinin hədiyyələri göndərilmişdir.
Rayon ziyalıları təbriklərə qoşularaq Azərbaycan qadınının cəmiyyətdəki rolundan, son dövrlər əldə etdiyi böyük uğurlardan geniş söhbət açmışlar.
Tədbirdə çıxış edən qadınlar Azərbaycan qadınına dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etmişlər. Rayonun istedadlı musiqiçilərinin ifasında səslənən şən mahnılar tədbirə xüsusi ovqat qatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]