Qəbələ şəhərində gənclərlə görüş keçirilib
Bakı, 4 may, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar təsdiqlənmiş illik tədbirlər planına uyğun olaraq, silsilə görüşlər davam etdirilir.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, daha bir görüş Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilib.
Tədbirdə Xidmətin fəaliyyət istiqamətləri, gənclərlə iş prinsipi və regionda Şəki regional miqrasiya idarəsinin rolu mövzusunda çıxışlar dinlənilib. Gənclərin böyük marağına səbəb olan görüşə 70 nəfər qatılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.