Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələ meşələri: həyat kimi əbədi

Bakı, 30 avqust, AZƏRTAC

“Ekoleks” Ekoloji Hüquq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Meşələrin mühafizəsi üzrə ictimai səylərin artırılması” layihəsi çərçivəsində meşələrin bərpası və mühafizəsi məqsədilə bir qrup jurnalistin Qəbələ rayonuna infoturunu təşkil edib.

AZƏRTAC xəbər verir ki, infoturun keçirilməsində məqsəd meşələrin bərpası, istifadəsi və mühafizəsi sahəsində vəziyyəti müşahidə etmək, Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin fəaliyyəti ilə tanış olmaq, meşələrin bərpası işlərini görmək, meşələrin mühafizəsi sahəsində görülən işlər və ölkənin ən böyük turist bölgələrindən olan Qəbələdə meşə mühafizəsi və meşələrdən davamlı istifadənin əlaqələndirilməsi təcrübəsini görmək idi.

İnfoturda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin əməkdaşı Cavid Qara, Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin meşəbəyisi Arzu Qocayev və ətraf mühit sahəsində ekspert Samir İsayev layihə çərçivəsində jurnalistləri maraqlandıran suallara cavablar veriblər.

İnfotur zamanı məlumat verilib ki, meşə fondundan oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları), meşədən əlavə istifadə (ot çalımı, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə, gərzəkli və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, gil və digərlərinin tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə), elmi-tədqiqat məqsədləri, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri və ovçuluq təsərrüfatı məqsədləri üçün istifadə edilir.

Meşələrin bərpasında əsas istiqamətlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bitkilərin bərpası və qorunmasının təşkili sektorunun baş məsləhətçisi Cavid Qaranın dediyinə görə, meşələrin bərpası təbii və əkin üsulları ilə aparılır. Ölkə Prezidentinin göstərişindən sonra son vaxtlar yeni yaşıllıq zolaqları aqromeşə, yəni meyvə bağlarının salınması istiqamətində gedir. Regionun yerli xüsusiyyətlərdən asılı olaraq qoz, fındıq, püstə, alma, armud, şabalıd, badam ağaclarının əkilməsinə daha çox üstünlük verilir. Təbii bərpa prosesinə kömək üçün bəzi ərazilərdə meşə zonalarına hasarlar çəkilir, kənd sakinləri və yeli camaatla maarifləndirici söhbətlər aparılır. Meşəyə mal-qaranın daxil olması pöhrələrin məhv olmasına səbəb olur, təbii bərpa prosesini ciddi şəkildə ləngidir. Ağaclar böyüyəndən sonra mal-qaranın meşələrə daxil olmasının o qədər də ziyanı olmur. Ona görə də cavan meşələr böyüyüb qol-qanad atana qədər onu ətraf təsirlərdən qorumaq mühüm məsələlərdən biridir.

Aqromeşələr - yeni meşəçilik sahəsidir

Yeni meşə zolaqlarının salınması barədə danışan Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin meşəbəyisi Arzu Qocayev qeyd edib ki, hər regionda aqromeşə salınması sahəsində əkin planı müəyyənləşib və indi həmin plan üzrə işlər gedir. Dağlıq ərazilərdə, konkret olaraq, Qəbələdə alma, armud, qoz, fındıq və şabalıd daha yaxşı bitdiyinə görə həmin ağaclar daha çox əkilir.

Yeni aqromeşələr 6X6, 8X8, 8X12, 12X12, eləcə də 5X3, 5X4 sxemləri üzrə salınır. Məsələn, 1 hektar sahəyə 425 ədəd alma, 156 ədəd qoz, fındıq və şabalıd ağacları əkilir.

Meşəbəyi əvvəlki illəri xatırlayaraq deyib: “Azərmeşə” İstehsalat Birliyi dövründə meşələrdə yetişən göy qoz, gəndalaş, cır alma, alça və digər meyvələr yığılaraq müqavilə əsasında zavodlara satılır, əldə edilən vəsait isə meşə təsərrüfatı müəssisəsinin hesabına köçürülürdü.

Hazırda meşələrdə çoxlu dərman bitkiləri var. Alıcı tapmaq mümkün olsa, onların satılması yolu ilə də gəlir əldə etmək olar. Meşə ətrafında olan kəndlərin sakinləri zoğal, böyürtkən, yemişan, qarağat, itburnu, əzgil, moruq və digər bitkilərdən mürəbbə, tutma, şirə və müxtəlif məhsullar istehsal edən qazanc əldə edirlər. Əhali, xüsusilə gənclər arasında təbliğat aparmaqla meşə təsərrüfatını qorumaq hesabına davamlı şəkildə istifadə etmək olar”.

Meşələrin bərpasında yeni mərhələ başlanılıb

“Ekoleks” Ekoloji Hüquq Mərkəzi ictimai birliyinin eksperti Samir İsayev deyib ki, hüquq mərkəzi yerli icra hakimiyyəti ilə məsləhətləşərək bir neçə il əvvəl Qubada Qonaqkənd zonasında torpaq sürüşmələrinin qarşısını almaq üçün 10 min qoz tingi əkilməsi təşəbbüsü ilə çıxış edib. Qoz ağacının seçilməsi heç də təsadüfi deyil, çünki onun məhsulunu əldə etmək üçün yerli sakinlər hələm-hələm ona balta çalmırlar. Bizim layihəmizin ardınca yeli sakinlər həmin ərazidə yeni qoz tinglərinin əkilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib və nazirlik təmənnasız olaraq onlara verdiyi 7-8 min tingin hesabına qoz meşələri salınıb. Yəqin ki, bir-iki ilə həmin ağaclar böyüyərək əməlli-başlı meşəyə çevriləcəkdir.

Ekspertin dediyinə görə, ən əhəmiyyətlisi odur ki, meşələrin bərpası sahəsində yeni bir mərhələ başlanılıb. Doğrudur, əvvəllər də bu sahədə işlər görülürdü, amma son 10-15 ildəki kimi vüsət almamışdı. Elə həmin tədbirlər nəticəsində ölkəmizdəki mövcud meşə ehtiyatları 11 faizdən artaraq daha böyük rəqəmlə ifadə olunacaqdır.

Təəssüf ki, bəzən meşəyə yalnız odun-ocaq və istirahət mənbəyi kimi baxırlar. Halbuki meşə sənaye məqsədləri üçün istifadə olunan böyük ehtiyatlara malikdir, həyat və yaşayış mənbəyidir.

Eroziyadan qorunmaq üçün tədbirlər görülür

Mütəxəssislər məlumat veriblər ki, son illər ölkəmizdə 86 min hektarda yeni meşə sahələri salınıb. Həmin proses ildən-ilə daha da genişləndirilir. Süni meşələr salınması istiqamətində də kifayət qədər uğurlu işlər görülüb. Bakı ətrafında və paytaxta gələn yolların kənarında əkilən zeytun, iydə, püstə və badam ağacları əkilir. Hətta gələcəkdə həmin ərazilərin hansısa sahibkarın mülkiyyətinə keçəcəyi təqdirdə də meşələrin taleyi narahatlıq doğurmur. Əsas odur ki, meşələr var, ağaclar boy-boya verib, yaşıllıq göz oxşayır...

Son illər sel və daşqınların törətdiyi fəlakətlər barədə danışan meşə mütəxəssislərinin rəyinə görə, Qəbələ rayonunda demək olar ki, eroziyaya uğrayan torpaq sahələri qalmayıb və onların hamısının yerində yeni meşələr salınıb. Eroziyanın əsas səbəblərindən birinin onun içindən keçən yaylaq yolları və cığırların olduğunu söyləyən Cavid Qara həmin yolla gedən sürülərin dırnaqları ilə torpağın oyularaq boşaldığını, yağışlar nəticəsində isə həmin torpağın yuyularaq selin gücünə güc qatdığını vurğulayıb. Onun dediyinə görə, adətən selin gücünün 70-80 faizi palçıq və daş kütləsindən, qalanı isə sudan ibarət olur. Daşqınlar zamanı onun vurub yıxdığı ağaclar da selin gücünü artırır və belə olanda meşələr yaylaqdan gələn həmin dağıdıcı kütlənin qabağında tab gətirə bilmir. Ona görə də meşə nə qədər sıx olarsa, ağac kökləri nə qədər dərinə işləyərsə, onun müqaviməti də o qədər güclü və davamlı olar.

Baş məsləhətçinin dediyinə görə, meşələrin eroziyadan qorunmasının başqa bir yolu da köçəri maldarlığın tədricən azaldılmasıdır. Yaylaqların qorunması sahəsində Şahdağ milli parkının yaradılması da nazirliyin son illər həyata keçirdiyi uğurlu tədbirlərdən biri kimi qiymətləndirilib.

Çay yataqlarında mühafizə tədbirlərinin gücləndirilməsi nəticəsində rayonun Vəndam, Dəmiraparan, Həmzəlli, Bum və Qaraçay çay yataqlarının yamaclarında meşələrin təbii bərpası baş verib və sel təhlükəsi azalıb.

İnfotur zamanı Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin tinglik təsərrüfatına və yeni salınan fındıq bağlarına da baxış keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızılın qiyməti 4000 dollar həddindən aşağıdadır

Milli Kitabxanada Konstitusiya Gününə həsr olunmuş virtual və ənənəvi kitab sərgisi açılıb

Neft qiymətləri son iki ayın minimumuna enib

Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Xankəndidən səslənən Zəfər mesajı Azərbaycanın suveren iradəsinin təntənəsidir - ŞƏRH

“Xilasedici”nin baş məşqçisi: Qarşımızda yeni hədəflər var

İrakli Kobaxidze: Cənubi Qafqaz regionu Avropanı Şərqlə birləşdirən yeganə yoldur

Sankt-Peterburqda avtomobilin partlaması nəticəsində hərbi qulluqçu ölüb

Ötən gün 47 cinayətin açılması təmin olunub

Zərgərlik məmulatlarının əyarlanması və damğalanması ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

Şahin Əliyev: Dövlət idarəçiliyində süni intellekt texnologiyalarından istifadə imkanlarının artırılması diqqət mərkəzindədir

Yaxın Şərqdə müharibənin Körfəz ölkələrinə vurduğu maddi zərər 200 milyard dolları ötüb

Alimlər süd vəzi xərçəngini erkən aşkarlayan qan testi hazırlayıblar

Cevdet Yılmaz: Azərbaycan-Türkiyə qardaşlığının qarşısında heç bir qüvvə dayana bilməz

Azərbaycanlı alim Səmərqənd Dövlət Universitetində mühazirə oxuyub

Uitkoff və Kuşner danışıqlar aparmaq üçün Moskvaya gəliblər

Fermer: Birgə mübarizə tədbirləri zərərvericinin yayılmasının qarşısının alınmasına böyük töhfə verəcək

Avropa Kuboku: “Gəncə” Türkiyə klubu ilə qarşılaşacaq

Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib

Kommersiya qurumlarının sayı 6,4 faiz artıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Qətər: Hörmüz boğazında böhranın qlobal iqtisadiyyata təsiri getdikcə ağırlaşır

Xankəndidə payızın rəngləri - şəhərin gündəlik həyatından FOTOREPORTAJ

Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb

Azərbaycan Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunub

GDU-da “Uşaq hüquqları” mövzusunda tədbir təşkil olunub

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır

Millətlər Liqası: Türkiyə Belçika ilə qarşılaşır

ADAU-da Konstitusiyanın dövlətçilik tariximizdəki rolu və əhəmiyyəti vurğulanıb

Birjalarda qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb VİDEO

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb VİDEO

Şəmkirdə avtomobil yol kənarına yuvarlanıb, sürücü və sərnişin ölüb

Bu gün Dünya Keyfiyyət Günüdür

“Xilasedici” CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

Mütərəqqi dəyərlərə söykənən Azərbaycan Konstitusiyası

Hazırda Bakının hansı yollarında sıxlıq müşahidə edilir?

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Bu gün Konstitusiya Günüdür

“Anthropic” bəzi ölkələrdə xidmətlərindən istifadəyə məhdudiyyət qoyub

“Nvidia” səhmləri baş direktorun mümkün istefası xəbəri fonunda 8,6 faiz ucuzlaşıb

ABŞ və Çin Rusiya ilə üçtərəfli danışıqların keçirilməsini vacib hesab edirlər

Litvada enerji şirkətlərinin fövqəladə mənfəətinə vergi tətbiq ediləcək

Kiyev ballistik raketlərlə vurulub

WSJ: Tramp Vensin İranla dialoqu bərpa etmək cəhdlərinə etiraz etməyib

“Fox News”: Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq

Rusiyada hasil edilən nadir mavi almazın bir karatının qiyməti 1 milyon dolları ötə bilər

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər

Aİ-nin gömrük rüsumu Macarıstan istehlakçılarını Asiya onlayn mağazalarından uzaqlaşdırır

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib

Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” kitabı işıq üzü görüb

ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif istəyib

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

Şavkat Mirziyoyev: Özbəkistan iqlim dəyişmələri ilə mübarizə səylərinə qətiyyətlə sadiqdir

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

Almaniya hökuməti strateji qaz ehtiyatının yaradılması barədə qərar qəbul edib

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Xudatda avtomobil yanaraq yararsız hala düşüb

Tallində “Ad günü şamları” sənədli filminin dünya premyerası olub

Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

Bu saata olan əsas xəbərlər

UNEC-in yeni rəsmi saytı təqdim olunub

Əfsanə Mehdiyeva RAGB-nin gələcəyi və gənclər diplomatiyası haqqında

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub

G7 ölkələri süni intellekt texnologiyalarının təhlükəsizliyinin vacibliyini vurğulayıb

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

GAİM-in gənc güləşçiləri beynəlxalq arenada uğur qazanıblar

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Media və Yayım Şurasının təşəbbüsü ilə növbəti təlim proqramına başlanılıb

Həmyerlimiz İsveçdə komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

Krakovdakı faciə ilə əlaqədar Azərbaycan Hökuməti adından Polşaya başsağlığı verilib

Ştutqart Azərbaycan Evində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edilib

“Google”, “Meta” və “TikTok” İndoneziyada hökumətin təklif etdiyi yeni müəlliflik hüququ qanununa etiraz edir

44 gündə qazanılan Zəfərin arxasında onilliklərin zəhməti və güclü iradə dayanır - ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

BŞTİ-nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb

Azərbaycan və Böyük Britaniya təqvimlərinin müqayisəli təhlili: Kelt ənənələrindən Novruza qədər

Küveytdə KƏŞ-ə üzv dövlətlərin vahid hərbi komandanlığının qərargahı yaradılacaq

Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb VİDEO

Edinburqdan Oksforda, oradan Sauthemptona: azərbaycanlı gənc tədqiqatçının elm yolu - MÜSAHİBƏ

OPEC qlobal neft tələbatının artımına dair proqnozlarını dəyişməyib

Oktyabrda OPEC-in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb

Saymon Stil: COP31-də genişmiqyaslı tədbirlər barədə razılığa gəlmək imkanımız var

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL