Qazaxıstanda parlament seçkiləri başa çatıb
Nur-Sultan, 10 yanvar, AZƏRTAC
Qazaxıstanda parlament seçkiləri yerli vaxtla saat 20:00-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, seçicilər 14 bölgədə və respublika əhəmiyyətli üç şəhərdə yaradılan 10 mindən çox seçki məntəqəsində səs veriblər. Xaricidə yaşayanlar qazaxlar arasında ilk səs verənlər saat fərqinə görə Yaponiyada yaşayan vətəndaşlardır. Sonuncu səs verənlər isə ABŞ-da və Kanadada yaşayanlar olacaqlar.
Nur-Sultan vaxtı ilə saat 20:00-a kimi seçicilərin 63,1 faizi səs verib.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmış 6 siyasi partiyadan Qazaxıstan Xalq, Nur Otan, Auıl Xalq Demokratik, Ak Jol Demokratik, və Adal siyasi partiya seçkilərdə mübarizə aparır.
Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələri barədə qərarını yeddi gün ərzində elan edəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
İordaniyada “Telegram” tətbiqinin fəaliyyəti bloklanıb
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [11:58]