Qazaxda üçotaqlı evdə yanğın olub
Bakı, 17 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 96 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m. sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [12:47]
Yol şəraitinə məhəl qoymayan sürücü və sərnişin faciə qurbanı oldular VİDEO
- 18.11.2026 [12:26]