Qazaxda TIR yanıb
Qazax, 23 oktyabr, AZƏRTAC
Qazaxda yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki 1994-cü il təvəllüdlü N.Mehdiyev idarə etdiyi TIR markalı yük avtomobili ilə hərəkətdə olan zaman avtomobil anidən alışıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, yük avtomobilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Müxbir - Ruslan Novruzoğlu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [12:06]
Növbəti toxum sərgi-satış yarmarkası Yevlax rayonunda keçirilib
- 06.11.2026 [12:00]
Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub
- 06.11.2026 [11:14]
Bakıda ECOSOC statuslu QHT-lərin forumunun keçirilməsi planlaşdırılır
- 06.11.2026 [11:03]
Son dörd ildə 500-dən çox QHT nümayəndəsinin bilik və bacarıqları artırılıb
- 06.11.2026 [10:16]