Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qax təhsilinin lideri

Qax, 1 mart (AZƏRTAC). Son illər ölkə iqtisadiyyatının dinamik yüksəlişi bütün başqa sahələr kimi, təhsilin inkişafı üçün də əlverişli şərait yaratmış, onun yeni mərhələsi başlamışdır. Ölkənin gələcək inkişafını təmin edəcək təhsil insan kapitalının formalaşmasına xidmət edən ən mühüm sahə olmuşdur. İnsan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici amilə çevrildiyi müasir cəmiyyətdə təhsilin rolu və əhəmiyyəti durmadan artır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI yüzilliyi “Təhsil əsri” elan etmişdir.

Ümummilli lider Heydər Əliyev təhsilə həmişə xüsusi əhəmiyyət vermiş, müəllim əməyini yüksək qiymətləndirmişdir: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında aparılmalıdır. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Cəmiyyət haradan olursa olsun, nədən olursa olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəlliminə kömək etməlidir”.

Azərbaycan dövləti, Prezident İlham Əliyev bu xətti ardıcıl surətdə davam etdirir, son illər təhsilin ayrı-ayrı sahələri üzrə bir sıra inkişafyönümlü Dövlət proqramları uğurla həyata keçirilir. Bu proqramların reallaşması nəticəsində təhsilin infrastrukturu müasir tələblərə uyğun qurulur, təhsilin məzmunu yeniləşir, təhsil müəssisələri informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilir, təhsil sistemi informasiyalaşdırılır.

Bütün bu yeniliklər Qax rayonunun təhsil sahəsində də əksini tapır. Qax təhsili özünəməxsus tarixi ənənələri ilə həmişə seçilmişdir. Rayonun pedaqoji kollektivləri bu ənənələri nəsildən-nəslə yaşatmış, qabaqcıl müəllimlərin iş üsulları yeni nəsillərə örnək olmuşdur. Qax rayonunda ilk təhsil işığını yandıranlar, təhsil ənənələrini sonrakı nəsillərə ötürənlər daim məhəbbət və ehtiram hisləri ilə xatırlanır, yad edilir. XIX əsrin sonlarında Qaxda ilk dünyəvi təhsil məktəbləri açan, bir sıra yeni dərsliklərin müəllifləri Harun bəy Sultanov, İslam bəy Qabulov, Həmzət bəy Əfəndiyev, habelə İsa bəy Abakarov, Şərif Əfəndiyev, Məmməd Əfəndiyev, Molla Əhməd Əfəndi və digər tanınmış pedaqoqların adları rayonda həmişə iftixarla çəkilir. Sevindirici haldır ki, bu gün rayonun təhsil işçiləri maarifçilik sahəsində tarixi ənənələri şərəflə davam etdirir, müstəqil respublikamızda milli təhsil quruculuğunun ön sıralarında gedirlər.

Qax rayonunda uğurları ilə tanınan məktəblər çoxdur. Haqqında söhbət açacağımız şəhid Namiq Allahverdiyev adına Qax şəhər 2 nömrəli təbiət elmləri təmayüllü məktəb-lisey isə nəinki rayonun, eləcə də respublikanın ən tanınmış təhsil ocaqlarındandır. Məktəb-lisey 2007/2008-ci tədris ilində Azərbaycan Prezidentinin 2008-ci il 19 avqust tarixli Sərəncamı ilə respublikada ilk dəfə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qalib gələn 50 məktəb arasında 6-cı olmuşdur. Son 10 ildə məktəbi bitirən şagirdlərdən 463 nəfəri ali məktəblərə daxil olmuş, qəbul göstəriciləri 55 faizdən artaraq 67 faizə çatmışdır. Qəbul imtahanlarında məktəbin məzunlarından 61 nəfəri 600-dən, 121 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülmüş 13 nəfər rayon məzunundan 7-si bu təhsil ocağının yetirməsidir.

Onu da qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) son illər üçün ali və orta ixtisas təhsil müəssisələrinə aparılmış qəbul imtahanlarının elmi-statistik təhlilinə əsasən Qax rayonu məzunlarının imtahan fənləri üzrə bütövlükdə göstəriciləri respublikanın ən yaxşı 15 təhsil şöbəsi sırasında ənənəvi olaraq ilk yerləri tutur. Qəbul imtahanlarında fizika, kimya, riyaziyyat və ana dili fənləri üzrə ən yüksək nəticələr də məhz qaxlı məzunlara məxsusdur.

2011/2012-ci tədris ilində məktəb-liseyin 2 şagirdi Bakıda keçirilən ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasında gümüş medal qazanmış, 2 şagird isə “Enerji və resurslardan istifadə üzrə Beynəlxalq Məktəbli Proqramı” çərçivəsində keçirilən müsabiqədə “Bərpa olunan enerji mənbələrinin tətbiqi” nominasiyası üzrə birinci yerə layiq görülmüşdür. Ümumiyyətlə, son 10 ildə respublika səviyyəli müsabiqə və yarışlarda məktəb-liseyin şagirdlərindən 14 nəfər birinci, 13 nəfər ikinci, 15 nəfər üçüncü, 10 nəfər isə dördüncü yeri tutmuşdur. Bundan əlavə, şagirdlər beynəlxalq və regional olimpiada, müsabiqə və yarışlarda da fəal iştirak etmiş, 6 nəfər birinci, 4 nəfər ikinci, 11 nəfər üçüncü, 7 nəfər isə dördüncü yerə layiq görülmüşdür.

1979-cu ildən məktəb-liseyə respublikanın Əməkdar Müəllimi Şəkər Abdullayeva rəhbərlik edir. Bundan əvvəl isə o, şəhərdəki 8 illik və 1 nömrəli orta məktəblərin direktoru vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə bu təhsil müəssisələri respublikanın qabaqcıl məktəbləri sırasına çıxmış, 2 nömrəli məktəb-liseyin iş təcrübəsi öyrənilərək respublikada yayılmışdır. Ş.Abdullayeva təhsilin inkişafına verdiyi töhfələrə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə 1967-ci ildə Azərbaycanın, 1977-ci ildə isə keçmiş SSRİ-nin “Qabaqcıl maarif xadimi” döş nişanlarına layiq görülmüş, müxtəlif orden və medallarla təltif olunmuşdur.

Məktəb-lisey barədə iftixarla danışan Şəkər Abdullayeva AZƏRTAC-a bildirmişdir ki, qazanılan uğurlar, ilk növbədə müəllimlərin gərgin əməyinin bəhrəsidir. Şagirdlərə elm, bilik, aydın dünyagörüşü verən də, gənc nəslə vətənpərvərlik, kamillik, zəhmətsevərlik kimi insani keyfiyyətləri təlqin edən də müəllimlərdir. Bu təhsil ocağında yüksək iş keyfiyyətləri ilə seçilən, peşəsini ürəkdən sevən müəllimlər çoxdur. Məsələn, Gülbəniz Seyidova və Nazlı İsmayılova Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibləridir. Son illər məktəb-liseyin müəllimlərindən 2 nəfərinə “Əməkdar Müəllim” fəxri adı verilmiş, 2 nəfər “Tərəqqi” medalı ilə təltif olunmuş, 5 nəfər isə Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüşdür.

Doqquz yüzə yaxın şagirdin təhsil aldığı məktəb-liseydə tədris 3 dildə - Azərbaycan, rus və gürcü dillərində aparılır. Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, dünyagörüşünün zənginləşdirilməsi üçün məktəbdə müxtəlif layihələr həyata keçirilir. Üç ildir ki, bu təhsil ocağında “Məktəb uşaq parlamenti” fəaliyyət göstərir. “Parlament”də 5 komissiya təşkil olunmuşdur. Məktəb direktorunun bildirdiyinə görə, uşaqların gələcək həyata hazırlanmasında “parlament”in fəaliyyəti çox əhəmiyyətlidir. Onun üzvləri “Şagird özünüidarə günü”nün, habelə şagirdlərlə müxtəlif sinifdən xaric tədbirlərin keçirilməsində, yay istirahətinin təşkilində, müxtəlif dərnəklərin aparılmasında fəal iştirak edirlər. “Parlament” üzvlərinin ətraf mühitin qorunması ilə əlaqədar həyata keçirdiyi tədbirlər də çox maraqlıdır. Bu ilin fevralında “Məktəb uşaq parlamenti”nə III çağırış seçkilər keçirilmiş, onun 41 nəfərdən ibarət tərkibi təsdiq olunmuşdur.

Məktəbdə 2008-ci ildən fəaliyyət göstərən “Kiçik Akademiya” da şagirdlərin qabiliyyətlərinin üzə çıxarılmasında əhəmiyyətli rol oynayır. Müxtəlif fənlər üzrə fəaliyyət göstərən qruplarda aparılan yaradıcılıq işləri, hazırlanan referatlar, bukletlər istedadlı şagirdlərin formalaşmasına mühüm təsir göstərir. “Kiçik Akademiya” indiyədək məktəbdə 30-a yaxın tədbir, bilik yarışları, debatlar təşkil etmişdir. Bu tədbirlər məktəbin rayon və zona üzrə keçirilən yarışlarda uğurlu iştirakına imkan verir.

Məktəbdə 1985-ci ildən fəaliyyət göstərən diyarşünaslıq muzeyində 500-dən artıq əşya (eksponat) toplanmışdır. Muzey şagirdlərdə milli-mənəvi hislərin formalaşmasında mühüm rol oynayır. Burada həm də müxtəlif fənlər üzrə dərslər keçirilir, “dəyirmi masa”lar, görüşlər təşkil olunur.

2000-ci ildə yaradılan “Heydər Əliyev otağı” ümummilli liderimizin həyat və fəaliyyətinin öyrənilməsi və təbliği baxımından çox əhəmiyyətlidir.

Məktəb-liseyin direktoru Şəkər Abdullayeva həm də istedadlı riyaziyyat müəllimidir. Qabaqcıl müəllim kimi, onun təcrübəsi öyrənilir. O, yaradıcılığı sevir, daim axtarır və tətbiq edir. Son üç ildə “məktəblərdə çevik texnologiyaları və səmərəli idarəetməni tətbiq etməklə təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsinə nail olmaq” problemi üzərində işləmişdir. Bu məqsədlə məktəbdaxili iki layihə irəli sürülmüş və həyata keçirilmişdir. Onun rəhbərliyi ilə məktəbdə “Yaradıcı müəllimlər mərkəzi” fəaliyyət göstərir. “Dayaq məntəqəsi”nin sədri kimi rayon müəllimlərinin təcrübəsinin öyrənilməsi və yayılmasında fəal iştirak edir.

2 nömrəli məktəb-liseyin kollektivi 2013-cü ildə “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsində yenidən iştirak etməyi və ən yaxşı 50 məktəb sırasına daxil olmağı qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə Təhsil Nazirliyinin təşkilat komitəsinə müraciət olunmuş və lazımi sənədlər göndərilmişdir. Müsabiqənin birinci mərhələsində uğur qazanan məktəb-lisey indi səylə növbəti mərhələlərə hazırlaşır.

Məktəb-liseyin məzunları Azərbaycanın müxtəlif guşələrində ən müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Bəzilərinin sorağı isə yaxın və uzaq xarici ölkələrdən gəlir. Adlı-sanlı məktəbin bütün kollektivinə və məzunlarına daha böyük uğurlar diləyirik.

Mustafa Dadaşov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Forbes” nəşrinin baş yazarı: Azərbaycanın artan qaz ixracı Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir

Astarada mikroavtobus aşıb, çoxlu sayda yaralı var

Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi yazı və rəsm müsabiqələrini elan edib

Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ

Hindistanda 147 sərnişinin olduğu təyyarədə qaçırılma xəbərdarlığı aşkarlanıb

Azərbaycanın iki güləşçisi Qazaxıstanda medal qazanıb

İran Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb

Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək? VİDEO

Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək? VİDEO

Azərbaycanlı voleybol hakimi beynəlxalq oyuna təyinat alıb

Ombudsman: Rəqəmsallaşma fonunda işçilərin rəqəmsal bacarıqlarının inkişafına maliyyə dəstəyi verilməlidir

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

Misir məhkəməsi 35 Avropa təşkilatını və 36 şəxsi “terror siyahısı”na daxil edib

Xankəndidən dünyaya verilən mesaj: Azərbaycan Zəfərdən yeni inkişaf mərhələsinə doğru - ŞƏRH

“Xankəndi” futbol klubu doğma şəhərinə köçməyi planlaşdırır

Yaşıl Enerji Dəhlizi layihəsində Avropa şirkətlərinin iştirakı nəzərdən keçirilib

Ombudsman insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə təkliflər irəli sürüb

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 11 faiz artıb

İki əsrlik dad yaddaşı: Qaşqaçayda su dəyirmanı nəsildən-nəslə ötürülərək qorunub

Azərbaycan dilçiliyinin və lüğətçiliyinin yorulmaz tədqiqatçısı - professor İsmayıl Məmmədli

Naxçıvanda vergi daxilolmaları 11 faizə yaxın artıb

Komitə sədri: Saatlıq əməkhaqqı qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə təkan verəcək

Yaponiyada 2025-ci il parlament seçkiləri konstitusiyaya zidd hesab edilib

Bu saata olan əsas xəbərlər

Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Nazir müavini: 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Ballıca sakini: Nəvələrim mənim oxuduğum məktəbdə təhsil alırlar

Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 8 faizə yaxın artıb

Azər Bayramov: Qeyri-neft-qaz sektorunun orta illik hesabla 5,2 faiz artması gözlənilir

Azərbaycan basketbol millisi İsveçrə ilə oyuna ciddi itkilərlə çıxacaq

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

6 aylıq sosial sığorta stajı tələbi niyə qoyulur? – Nazir müavini açıqladı

Yaşıl Enerji Dəhlizinə enerji təchizatçılarının və alıcılarının cəlbi nəzərdən keçirilib

Nazir müavini: Əməkhaqqının elektron ödəniş sistemi vasitəsilə ödənilməsi və izlənilməsi nəzərdə tutulur

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

Zaur Əliyev: Minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsi zəruridir

Azərbaycan İdman Akademiyası “QS Stars” auditində 5 ulduza layiq görülüb

Danimarkada Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

İqtisadiyyata kredit qoyuluşları 15 faizdən çox artıb

Ziyafət Əsgərov: İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış büdcənin prioritet istiqamətlərindəndir

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Salsal qalası

Əbu-Dabi danışıqları neftin qiymətinə necə təsir edəcək?

Sənaye sektorunda 58 milyard manatdan çox məhsul istehsal edilib

Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb

"ASAN xidmət"in tətbiqi ilə bağlı daha 3 memorandum imzalanıb

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Azərbaycanın strateji valyuta ehtiyatları artıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Nazir müavini Rəşad Mustafayev Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanlı könüllülər COP31-də

Azərbaycanda ÜDM 1,7 faiz artıb

Zəfərin siyasi təntənəsi, suverenliyin möhkəmliyi və güclü Azərbaycanın yeni reallıqları

Rusiyanın Smolensk vilayətinə dron hücumları nəticəsində iki nəfər ölüb

“Üzgüçülük hamı üçün” yarışının vaxtı açıqlanıb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər açıqlanıb VİDEO

Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər açıqlanıb VİDEO

MEK-in direktoru: Prezidentin Xankəndi müraciəti tarixi ədalətin və milli qürurun təntənəsidir

Azərbaycanın COP31-dəki milli pavilyonunda energetika keçidi məsələləri müzakirə olunub

Bolqarıstanda faciəvi yol qəzaları ilə əlaqədar milli matəm günüdür

ABŞ-də Trampın BBC-yə qarşı 10 milyard dollar təzminat iddiası üzrə məhkəmə davam edəcək

“Qərbi Azərbaycan folkloru” seriyasının növbəti cildi işıq üzü görüb

NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib

ABŞ Enerji İnformasiya Administrasiyası neft qiymətləri proqnozunu artırıb

TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?

“Azərbaycan Dəmir Yolları” tərəfindən daşınan yüklərin həcmi artıb VİDEO

“Azərbaycan Dəmir Yolları” tərəfindən daşınan yüklərin həcmi artıb VİDEO

Antalyada COP31 konfransı işini davam etdirir VİDEO

Antalyada COP31 konfransı işini davam etdirir VİDEO

BMT: Dünyada təxminən 1,5 milyard qadın və qız iqlim böhranının ən çox təsir etdiyi regionlarda yaşayır

Dünya birjalarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir VİDEO

Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir VİDEO

AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb

Yaponiya silahlı qüvvələrinin rəsmi sayını azaltmağı planlaşdırır

Cənubi Koreyada zəncirvari qəzada 57 nəfər xəsarət alıb

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub VİDEO

Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub VİDEO

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Hindistanda sərnişin qatarı relsdən çıxıb, xəsarət alanlar var

İsrail Qəzzaya əlavə humanitar yardımın çatdırılmasına icazə verib

Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırıb

ABŞ-nin maliyyə naziri İranın təhdidləri səbəbindən hərbi bazaya köçüb

Konqoda “Ebola” virusundan ölənlərin sayı 5,4 minə yaxınlaşıb

Tramp Ağ Evin mətbuat katibi vəzifəsinə Ben Ferqyusonu namizəd kimi nəzərdən keçirir

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Media: Qətər ABŞ-nin İrana mümkün hücumlarını ən azı iki həftə təxirə sala bilib

Almaniyada Çin dronlarının hərbi obyektlərdə istifadəsi qadağan edilib

İsrail qüvvələri Dəməşqin cənub-qərbindəki ərazini atəşə tutub

“Bild”: Suriyalı qaçqınların Almaniyadan deportasiyası 3,5 il çəkə bilər

Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib

Şimali Avropa ölkələri dəniz tərəfdaşlığı yaratmaq barədə razılığa gəliblər

Kuşner Əbu-Dabi danışıqlarının ilk gününü ümidverici qiymətləndirib

Britaniyada Rusiyaya casusluqda şübhəli bilinən ABŞ hərbçisi saxlanılıb

NYT: ABŞ doqquz ayda Venesuela neftindən 12 milyard dollardan çox gəlir əldə edib

Cim Cordan Nümayəndələr Palatasında respublikaçıların yeni lideri seçilib

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub