QATİL YAXALANMIŞDIR
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, 2007-ci il noyabrın 21-də saat 10 radələrində paytaxtın Səbail rayonunun 20-ci Sahə adlanan ərazisində yerləşən polis sahə məntəqəsinə gəlmiş naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində məntəqənin qarşısında dayanmış Qobustan qəsəbəsinin sakini Müslüm Cəbrayılov qətlə yetirilmiş, sahə inspektoru, polis leytenantı İmdad Nəzərov isə yaralanmışdır.
Həmin şəxs sonradan 8-ci polis bölməsinin sahə inspektoru Zakir Sadıxovun Bayıl qəsəbəsinin Aydın Quliyev küçəsindəki mənzilinə gedərək ona və həyat yoldaşı Mehriban Sadıxovaya da odlu silahdan atəş açmaqla ağır xəsarətlər yetirmişdir.
Cinayətin üstünün isti izlərlə açılması məqsədi ilə polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından yaradılmış əməliyyat-istintaq qrupu hadisəni Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xanlar Məmmədovun törətdiyini müəyyən etmişdir.
Həyata keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində Xanlar Məmmədov Bakı-Qazax yolunun 343-cü kilometrliyində yaxalanmışdır. Qatil saxlanılarkən polisə müqavimət göstərmək istəsə də, buna imkan verilməmişdir. Ondan “Makarov” tipli tapança və 1 ədəd patron darağı götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]